NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

ZEYNƏB CAHAN: Gazelli Art House

Nə vaxtdır doğma şəhərimizdə müasir sənət qalereyası açılıb, mən isə təəssüf ki, onun haqqında bir neçə gün bundan əvvəl yeni sərgidə olarkən öyrənmişəm. Əgər mənim oxucum hər hansı bir "nöqtəni" gözdən qaçırıbsa, o zaman son səfərimin bütün təfərrüatlarını məmnuniyyətlə ona təqdim edirəm! 

Beləliklə, Gazelli Art House 2003-cü ildə yaradılıb və müxtəlif auditoriyaya sahib rəssamların geniş spektri üçün gözəl platformaya çevrilib. London sakinlərini müxtəlif ünvanlarda valeh edərək 2012-ci ildə qalereya dover street’də məskunlaşıb və yalnız 2017-ci ildə "The Approach" sərgisi ilə Bakıya gəlib. Bu sərgini çox guman ki, ikinci sevdiyim şəhərdə kruassan yeyərək qaçırmışam...

Daha sonra, Gazelli "Domestic Alien” layihəsini təqdim etdi. Bu layihə çərçivəsində dörd dünya şöhrətli rəssamın - Qanadan El Anatsui, Almaniyadan Franz Ackerman, Böyük Britaniyadan Richard Uilson və İtaliyadan son günlərdə "Yarat" müasir incəsənət mərkəzində müsafir olan Michelangelo Pistolettonun işləri gətirilib.

O vaxtdan bəri, qalereya müasir incəsənətin müxtəlif janrları ilə işləməyə davam edir: rəssamlıq, fotoqrafiya, qrafika, eləcə də müxtəlif materiallardan instalyasiyalar. Şəhərin mərkəzində yerləşən qalereya  Gazellinin dəbli zəncirinin halqasına çevrilərək müasir incəsənət pərəstişkarlarını qəbul edir - bu "üçbucaqda" artıq saç kəsdirmək, yemək və hətta tezliklə əzələ yığa bilərsiniz. Qalereyaya səfəri başlayıb və ya bitirmək - sizin qərarınızdır.

Axı mən 2 həftə öncə sərginin açılışının ortalarına çatdım. Bir neçə saniyəlik mənə elə gəldi ki, Lumas fotoqalereyasındayam, ilk təəssürat bizimlə daimi qaldığına görə Gazelli Art House ilə münasibətim dərhal quruldu!  Qalereya Azərbaycan Respublikasının 100 illik yubileyini xüsusi olaraq sərgi üçün yaratdığı əsərlərlə qeyd etməyə qərar verdi. Azərbaycanlı rəssamlar demokratik respublikanın qurulma dövrü barədə öz fikirlərini təqdim edirlər (yeri gəlmişkən, Milli Tarix Muzeyinin və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin köməyi ilə). Göz və qəlbləri oxşayan əsər Fərhad Fərzəliyevin sevilən binanın damının fraqmenti təqdim olunmuş Weltanschauung (World View) adlı işi və həmçinin sözlə təsvir etmək mümkün olmayan  emosiyalar oldu. Sözə heç gərək də yoxdur.. 

Həmçinin Arif Hüseynovun, Çingiz Babayevin, Hüseyn Haqverdiyevin, İlkin Hüseynovun, İrina Eldarovanın, Nəzrin Məmmədovanın, Vüsələ Ağarazıyevanın və digərlərinin əsərləri də təqdim olunub. "1918" qrup sərgisini bu yay mövsümünün sonuna qədər ziyarət etmək mümkündür. Qaçırmayın!

 

Zeynəb Jahan