NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

2018-ci ilin əsas fashion-sərgiləri

Moda bir sənət kimi və sənətdə moda. Biz sizə 2018-ci ildə dəbə həsr olunmuş əsas dünya sərgilərindən qısa məzmun təqdim edirik.

Heavenly Bodies: Fashion and the Catholic Imagination

10 may – 8 oktyabr, Nyu-York, Metropoliten Muzeyi ​

"Göy cisimləri: dəb və katolik təxəyyül" sərgisi moda və din arasındakı əlaqəyə həsr olunub. Ekspozisiya Vatikan tərəfindən rəsmən dəstəkləndi. Ümumilikdə, sərgidə kilsə ibadət libasının və ikonoqrafiyanın fashion-dizaynerlərə təsirini təsvir edən təxminən 150 eksponat nümayiş etdiriləcək.

Margiela/Galliera 1989–2009, Musée Galliera

3 mart – 15 iyul, Paris

Sizi Maison Moda evinin rəhbəri əfsanəvi dizayneri Martin Margielanın işlərindən ibarət retrospektiv gözləyir.

Frida Kahlo's Wardrobe, Victoria və Albert Muzeyi

16 iyun – 4 noyabr, London

Meksika libasları, çiçəklərlə bəzədilmiş saç çənbərləri, korsetlər və şəxsən rəssamın özü tərəfindən naxışlarla bəzədiyi və tikdiyi örpəklər, qırmızı iplə və zınqırovla bəzədilmiş protezlər - geyim məşhur Frida Kahlo dünyasının əhəmiyyətli bir hissəsidir. Sərgidə onun "Mənim geyimlərim" adlı əsəri daxil olmaqla həmçinin bir neçə rəsm əsəri də nümayiş olunacaq.

T-shirt: Cult – Culture – Subversion, Moda və toxuculuq Muzeyi

9 fevral – 6 may, London

İdman köynəyi və onun kişi alt paltarından moda ikonasına qədər olan   tikanlı yolu. Yüzlərlə eksponatı kurator David Sinclair  şəxsi kolleksiyalardan toplamışdır: Katherine Hamnettin Message seriyasından olan məşhur siyasi idman köynəkləri, Vivienne Westwood və Malcolm McLarenin "Let It Rock" mağazasından olan punk modelləri, Pam Hogg'un müəllif idman köynəkləri.

Jewellery by Artists: From Picasso to Koons, Dekorativ İncəsənət Muzeyi

7 mart – 1 iyul, Paris

Mart ayında Paris Dekorativ İncəsənət Muzeyində Diane Vene toplusundan 113 eksponat nümayiş olunacaq: Picasso, Man Ray, Max Ernst, Louise Bourgeois, Roy Lichtenstein, Yoko Ono, Keith Haring və digər sənət insanların yaratdığı bəzək əşyaları.

Azzedine Alaïa: The Couturier, Dizayn Muzeyi, London

10 may – 17 okytabr

Dahi dizaynerin mirası həmişə moda tarixində mühüm rol oynayacaq. Dizayner retrospektiv sərgini şəxsən özü hazırlamağa başlamışdı, ancaq bitirməyə ömrü yetmədi. Paris Sərgisindən sonra London Dizayn Muzeyi ekspozisiyasına kuturye sənətkarlığı və yenilikçi materialları birləşdirən 60 geyim və aksesuar daxil olacaq.

Pink: The History of a Punk, Pretty, Powerful Color, Fashion Institute of Technology tərkibində Moda Muzeyi, Nyu-York

7 sentyabr – 5 yanvar 2019

«Pink: The History of a Punk, Pretty, Powerful Color» sərgisi çərçivəsində Fashion Institute of Technology tərkibində Moda Muzeyində kurator Valerie Steele çəhrayı rənginin moda sənayesində oynadığı rolu və niyə bu rəngi sadəcə Barbie kuklası və balaca qızların qarderobu ilə əlaqələndirilə bilməz deyə araşdırır.