NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

MONİCA BELUCCİ VƏ NAOMİ CAMPBELL DOLCE & GABBANA'NIN KİŞİ DEFİLESİNDƏ

Milanda bu günlərdə Moda Həftəsi keçirilir. Dolce & Gabbana 2019-cu ilin yaz-yay kolleksiyası məşhur Palazzo-da Corso Venezia-da kokteyl şənliyi şəklində keçirildi. Podiumda inanılmaz şık Naomi Campbell və Monica Bellucci nümayiş etdilər. Bəli-bəli, kişi geyimləri şousunda.

Aktrisa qara kostyum və qar kimi ağ köynəyi seçdi. O qara tufil ilə öz obrazını tamamladı. 

Naomi isə ağ xətli kostyumda çıxış etdi, və modelin görünüşü şlyapa və yüksək dabanlı açıq sandal ilə tamamlandı.

Dizaynerlər Domeniko Dolce və Stefano Gabbanın nümayişə yaradıcı yanaşma hər kəsə məlumdur. Detallar həmişə diqqəti cəlb edir. Dolce & Gabbana Yaz-Yay 2018-2019 kolleksiyası istisna olmadı. Milan şəhərində keçirilən nümayişdə Moda Evi 100-dən çox fərqli obraz təqdim etdi. Bu mövsümün ən əhəmiyyətli nümayişlərindən biridir. Və bu həqiqətən elədir. Ən parlaq obrazları təqdim edirik.