Dizayner Olivier Rousteing sentyabr ayının sonunda Parisdə keçiriləcək olan moda həftəsində nümayiş ediləcək 12 çalarlı pomada kolleksiyası yaradıb.
Reklam kampaniyasının simaları L'Oréalın səfirləri olan Doutzen Kroes və Soo Joo olub.
Rəng palitrası göz oxşayır və eksperimentlərdən qorxmayanlar üçün nəzərdə tutulub:
Glamazone (nyud, xaki, narıncı və qəhvəyi),
Couture (korall, qırmızı, fuksiya və qızılı-çəhrayı)
və xüsusən Rock ( tünd qəhvəyi, boz, tünd qırmızı və göy) ən tələbkar ekstremal qadınların könlünü oxşayacaq.