Daxili və xarici bazarlarda öz məhsullarına artan tələbatı nəzərə alaraq, BSC bu yaxınlarda iki əlavə metalyayan xətt təsis etdi və bu səbəblə yeni vakansiyalar açıldı. Gənclərin müəssisəyə cəlb olunmasının səbəbi əlbətdə ki, rəhbərliyin yaratdığı avropa standartlarına cavab verən şəraitdir: son texnologiya, texniki təhlükəsizliyin yüksək səviyyəsi, ərazidə ekoloji təmiz mikroiqlimin olması, layiqli əmək haqqı və nəhayət zavodun mənəvi ab-havasının və burada işləyənlərin sağlamlığının qayğısına qalan fəal həmkarlar ittifaqı. Biz BSC-nin xanım əməkdaşlarından sərt poladəridən fəhlələrin arasında necə işlədikləri barədə maraqlanmaq qərarına gəldik.
Hürü Məmmədova - spektral laboratoriyanın müdiri
Sizin peşənizdə xüsusi olan nədir?
Biz metal əritmənin keyfiyyətli, dəqiq spektral analizini edirik. Bu çox məsuliyyətli işdir. Bizim laboratoriyada cəmi 12 qadın işləyir. İş növbəlidir. İşə gələn kimi, biz bütün alətlərin texniki təhlükəsizliyini və işlək vəziyyətini yoxlayırıq, yalnız bundan sonra növbəni qəbul edirik. Analizləri, sürətli bir şəkildə aparmaq lazımdır, çünki istehsalın sürəti bizdən asılıdır. Əgər, məsələn, metal əritmənin dəqiq nəticələrini vaxtında verməsək, o zaman son məhsullar müəyyən olunmuş standartlara uyğun olmaz. Mən hesab edirəm ki, öz peşəni hər zaman sevməlisən, vəzifənə məsuliyyətlə və canla-başla yanaşmalısan.
Sizdə korporativ fəaliyyətlər, təbiətdə gəzintilər olurmu?
Əlbəttə ki, korporativ fəaliyyətlərimiz olur, həmkarlar ittifaqı dəfələrlə Nabrana, Qəbələyə, İsmayıllıya, Qubaya kollektiv səfərlər təşkil edib ... Sanatoriyaya biletlər təqdim edilir. Hər halda, biz, texniki nəzarət şöbəsinin işçiləri və müdirimiz Faiq Quliyev başda olmaqla dəfələrlə bütün kollektivlə təbiətdə istirahət imkanından istifadə etmişik.
İşdən kənar boş vaxtınızı necə keçirirsiniz?
Kitab oxuyuram, ailəmlə ünsiyyətdə oluram.
Sizin mehriban kollektivinizə daxil olmaq istəyən yeni işçilərə nə məsləhət görərdiniz?
Bizim laboratoriyada, ilk növbədə çox diqqətli, məsuliyyətli və həm də dəqiq olmaq lazımdır. Ümumiyyətlə, mən gənclərə məsləhət edərdim ki, işlərinə ruh yüksəkliyi ilə yanaşsınlar. İlk vaxtlarda işi daha təcrübəli işçilərdən öyrənmək lazımdır. Sonra isə bir yerdə durmamaq, peşədə daim təkmilləşmək lazımdır. Biz həmişə yeni işçiyə kömək etməyə şadıq. Bizim, ümumiyyətlə, çox mehriban kollektivimiz var.
Sərt metal tökməçilərin arasında qadınlığınızı vurğulamağa müvəffəq ola bilirsinizmi? Kosmetikadan istifadə edirsiniz?
Düşünürəm ki, kollektivdən asılı olmarayaq qadın həmişə qadın olaraq qalır. Mən də kosmetikadan istifadə edirəm, lakin həddi aşmamaq şərtilə.
Cəmilə Abdullayeva - kran maşinisti
Belə bir hündürlükdə işləmək üçün qadına hansı xüsusiyyətər lazımdır?
İlk növbədə - diqqət. Biz unutmamalıyıq ki, həm özümüzə görə, həm də aşağıda çalışanlara görə böyük məsuliyyət daşıyırıq. İş əsnasında fikrini cəmləşdirməyi bacarmalısan, şəxsi və məişət problemləri avtomatik olaraq arxa plana keçməlidir - onlar bizim işimizə mane olmamalıdır.
Kişi kollektivində qadınlığınızı vurğulamağa necə müvəffəq ola bilirsiniz?
Mənə elə gəlir ki, sadəcə özün heç vaxt qadın olduğunu unutmamalısan.
Qadın uniforması kişi uniformasından nə ilə fərqlənir?
Demək olar ki, heç nə ilə. Biz, eyni formanı, eyni çəkməni geyinirik, sadəcə başımıza ləçək bağlayırıq.
Evdə sizin ixtisasınıza necə münasibət göstərirlər?
Başlanğıcda düşünürdülər ki, onların fikrinə görə bu kişi peşəsinin öhdəsindən gələ bilmərəm, lakin zaman keçdikcə alışdılar. Mən 36 ildir kranda işləyirəm və bununla fəxr edirəm.
Bu ağır vəzifənin öhdəsindən gəlmək üçün qadın hansı xüsusiyyətərə sahib olmalıdır?
Kişi kollektivi ilə birgə çalışaraq, biz qadınlar onlardan çox şey öyrənmişik - dözümlü, cəsarətli və inadkar olmağı. Bunun üçün onlara çox minnətdarıq.
Necə oldu ki, Siz qadın üçün olmayan peşəni seçdiniz?
Niyə - qadın üçün olmayan?! Məsələn, mənim hər zaman qadınların hündürlükdə işləməkləri xoşuma gəlib! Niyə də bu bir romantika olmasın: sanki havada uçursan! Əvvəlcə mən BTZ-də nəzarətçi vəzifəsində çalışırdım, amma mən həmişə məhz bu peşəyə sahib olmaq istəmişəm. Təhsil aldım və o vaxtdan bəri, 36 ildir ki, kran maşinisti olaraq çalışıram.
Kişi həmkarlarınız siz qadınlara necə münasibət göstərirlər?
Anlayışla. Biz, zavodun işçilərinin çox yaxşı dostluq münasibətlərimiz var, lazım gəldikdə kömək edən və dəstək verən sanki böyük bir mehriban ailəyik. Bu ailə BakuSteelCompany adlanır!
Səringül Əliyeva - təhlükəsizlik xidmətinin əməkdaşı
Qadın məntiqinizi işə saldığınız və ya güc tətbiq edəcəyiniz fövqəladə hallar baş verib?
Xeyr, işlədiyim dörd il müddətində bir dəfə də olsun güc tədbiq etməyə ehtiyacım olmayıb, heç bir ciddi hadisə baş verməyib.
İşinizin ön cəbhəsi haradır, Siz nəyi qoruyursunuz?
Mənə 1№li postu etibar ediblər: mənim vəzifəmə qadın əməkdaşlarımızın şəxsi əşyalarının nəzarəti, qorunan obyektə daxil olanların və oradan çıxanların qeydiyyatı, maddi dəyərlərin idxalına və ixracına nəzarət daxildir.
Yəqin ki, sizin peşəniz üçün yaxşı fiziki forma vacibdir? Bunu necə qoruyursunuz?
Əlbəttə vacibdir. Buna görə də mən idmanla məşğul oluram və hər səhər yürüyüş edirəm.
Bəs Sizin peşəniz üzrə təhsili harada almaq lazımdır?
Mühafizəçilər üçün xüsusi məktəblər mövcud deyil. Amma hər səhər, növbə dəyişikliyində Mühafizə müdiri bizə mükəmməl təlimatlar verir - hesab edirəm ki, bu tamamilə kifayətdir.
SSRİ dövründə zavodun istehsal etdiyi məhsul 40 ölkəyə ixrac olunub.
Həlimə Ağasiyeva - avtomatik idarəetmə operatoru
Əgər ki, Siz BSC-yə indi gəlsəydiniz, hansı ixtisası seçərdiniz?
Hər bir halda operator ixtisasını seçərdim.
Rəhbərliyə, sizin kişi həmkarlarından heç də geri qalmadığınızı sübut etməyə ehtiyacınız olub?
Xeyr, buna ehtiyac olmayıb.
Uşaq vaxtı kim olmağı arzulamısınız?
Müəllimə.
Birinci növbə neçədə başlayır? İşçinin gecikdiyi aşkar olunduğu zaman nə olur?
Birinci növbə tam gecə yarısı saat 00:00 da başlayır. Gecikən işçi ilkin olaraq izahat yazır və belə hadisələrin təkrarlanması barədə xəbərdarlıq alır. Axı BSC-də işin hər sahəsi məsuliyyət daşıyır, burada hər bir əmək kollektiv işidir və bir-biri ilə əlaqəlidir!
1952 ilin Yeni il gecəsində zavodun ilk boruprokat aqreqatı - «140» yayma maşını istismara verilib.
Şəhrəbanı Məmmədova - keyfiyyət nəzarətçisi
Tabeçiliyinizdə olan işçilərə tamamən etibar edirsiniz, yoxsa hər dəfə analizin məlumatlarını yoxlayırsınız?
Etibar edirəm, lakin vəzifə borcuma əsasən yenə də yoxlayıram.
Sizin tabeçiliyinizdə neçə nəfər var? Kollektiv sadəcə qadınlardan ibarətdir?
Mənim tabeçiliyimdə sadəcə bir nəfər var, amma ümumilikdə kollektivimiz kifayət qədər böyükdür, burada həm kişilər, həm də qadınlar çalışır.
Kişilər arasında hesab edilir ki, qadın dostluğu yoxdur. Sizin bu istehsalatda rəfiqəniz var?
Mən bununla tamamilə razı deyiləm. Hesab edirəm ki, nə olursa olsun qadınlar arasında dostluq mümkündür. Düzdür, bu istehsalatda mənim yaxın rəfiqəm yoxdur.
Heç analizatorun xarab olma halları baş veribmi? Sizin şöbənin işi dayandıqda nə baş verə bilər?
Nə edək, bu həyatdır, hər şey ola bilər. Bu halda, sadəcə keyfiyyətli məhsulun göndərilməsi dayanacaq.
Dinara Dəmirçiyeva - məhsulun keyfiyyət nəzarətçisi
Hansı ali təhsil müəssisəsini bitirmisiniz? Neçə ildir nəzarətçi işləyirsiniz?
Açığı, mənim ali təhsilim yoxdur. Nəzarətçi olaraq müntəzəm şəkildə 29 il işləmişəm.
Zavodda mütəxəssisi yaxşı işinə görə necə həvəsləndirirlər?
Minnətdarlıq bildirirlər, mükafatlarla, fəxri təşəkkürnamə ilə təltif edirlər...
Qarderobunuzda hansı rəngə üstünlük verirsiniz?
Yəqin ki, tünd göy və boz.
Sizin peşənizdə uzun dırnaqlar saxlamaq olarmı? İşdən sonra hündür daban geyinirsinizmi?
Bizim peşəmizdə uzun dırnaq saxlamaq uyğun deyil. Amma qadın qadın olaraq qalır - peşəsindən asılı olmayaraq o hər zaman cəlbedici olmaq istəyir. Özünlə işdən sonra boş vaxtda da məşğul olmaq olar. Hündür dabana gəldikdə isə, mən hətta işdən kənar vaxtlarda belə onları geyinmirəm.
Əfruz Həmidova – supervayzer
Heç ixtisasınızı krançı vəzifəsinə dəyişdirməyi arzu etmisiniz? Yaxud bir dəfə də olsa emalatxanaya yüksəkdən baxmaq istəyiniz olub?
Etiraf edim ki, heç vaxt krançı olmaq istəyim olmayıb. Mən öz işimi çox sevirəm. Hesab edirəm ki, ətrafa öz vəzifəmin yüksəkliyindən baxmaq daha yaxşıdır.
BSC-də yaxın rəfiqəniz var?
Açıqcası, işdə yaxın ünsiyyət qurmaq üçün vaxt qalmır. BSC-də hər kəslə yaxşı, eyni münasibətim var. Lakin təəssüf ki, ya da xoşbəxtlikdən burada yaxın rəfiqəm yoxdur!
BSC polad təqaüdünü alan tələbələrin arasından, təhsilini bitirdikdən sonra istehsalata işləməyə gələnlərin sayı nə qədərdi?
Polad təqaüdünü alan bütün tələbələr təhsilini bitirdikdən sonra istehsalata işləməyə gəlirlər.
Zavodda əmək sülalələri var?
Əlbəttə! Hətta bir deyil.
Azərbaycanda qara metallurgiya üzrə ilk olaraq Azərbaycan boruprokat zavodu İ.V.Stalinin təşəbbüsü ilə 1947-ci ildə təsis edilib.
Yeri gəlmişkən, "sərt tökməçilər" haqqında: BSC-nin kişi işçiləri biləndə ki, onların qadın həmkarları məşhur moda jurnalı üçün fotosessiyada iştirak edəcəklər, özlərindən asılı olmayaraq onların gözlərində təəccüb qığılcımları alışdı. Nargis konsepsiyasını dəyişmədən növbəti dəfə də oxuculara və BSC-nin güclü yarısına, qadınlarımızın işindən asılı olmayaraq nə qədər gözəl olduqlarını xatırladır!