NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Act N°1 Fall Winter 2019

"Onlar hər birimizə indi, bu anda lazım olan siluetlər təqdim edirlər", "Belə unikal, yüksək keyfiyyətli şeyləri tapmaq asan deyil". Kyara Ferranyinin "The Blonde Salad" bloqunda hansı marka haqqında yazdığını təxmin etdiniz?

Bu Act n°1 brendidir və biz bu brendə jurnalın 38-ci sayının üz qapağını həsr etdik. Brendin arxasında iki istedadlı gənc dizayner dayanır – öz ölkələrindən ilham alan Luka Lin və Qalib Həsənov. Onlar siluetləri dekonstruksiya edirlər, bir-birinə bağlayırlar və heç də torba kimi görünməyən oversize yaradırlar. Bu brendin hər bir məhsulu - tərzli bəyanatdır, amma onların hamısını asanlıqla cins və idman ayaqqabıları ilə birləşdirmək mümkündür. Bəli, heç bir parça kəsiyi, heç bir sap Act n°1 atelyesinə təsadüfən daxil olmur - hər detalın arxasında bir hekayə var.

Fevralın 21-də Act n°1 Milanda payız kolleksiyasını təqdim etdi. Dizaynerlər çox vaxt interyerlərdə tətbiq olunan jakkard parçalardan istifadə ediblər, onların üzərinə eleqant çaplar vurublar, polivinilxlorid naxışlarla örtüb ağ köynəkləri təzadlı tül ətəklərlə birləşdirərərk ximera yaradıblar... Bu bir eksperiment idi və buna nail oldular: Vogue bu çox şey vəd edən brendi təkidlə izləməyi tövsiyə edir.