
Fevralın 28-də, qışın son günündə saat 19: 00-da Bakı Kitab Mərkəzində yazıçı Maqsud İbrahimbəyovun "Qoy o bizimlə qalsın" eyni adlı povesti əsasında adlandırılmış toplusunun təqdimatı keçiriləcək. Bu hekayə böyümək, uşaqlar və yetkinlər arasında münasibət, "indi və burada" mühüm qərarlar qəbul etmək haqqındadır – həm məktəblilərin, həm də valideynlərin xoşuna gələcək.
Kitab üç dildə çap olunub: azərbaycan, rus və ingilis.
Təqdimatı rəhmətlik yazıçının həyat yoldaşı Anna İbrahimbəyova aparacaq. Satışdan əldə edilən bütün vəsait Nargis fondunun hesabına köçürüləcək və təcili müalicə və əməliyyat olunmalı uşaqlar üçün xərclənəcək.