NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

TEATRIN HƏYATIMIZDA ROLU

Gəncliyin qiymətsiz olduğunu sonra anlayacaqsan, tale bağlarının ‒ gözəl, yeganə səhnə olduğunu sonra dərk edəcəksən və bu səhnədə kim olduğunu sadəcə özün qərar verməlisən. 

Al Kvotion

Həyat teatrdır... Mən təbiətcə yaradıcı bir insanam, bu sətrləri oxumaq üçün vaxt tapdığınıza görə yəqin ki, siz də eləsiniz. Budur, yaratmaq imkanım olmayanda kədərli oluram və boşluq hiss edirəm, sizin kimi... Bu, Nargis jurnalını sevməyimin səbəblərindən biridir: burada daima və məhdudiyyətsiz yaradıcılıqla məşğul olmaq mümkündür! Sənət, biznes və ya siyasət dünyasından olan maraqlı insanlardan müsahibə almaq, ya da maraqlı məsələlərə toxunmaq olar. Və yaxud kompüter arxasında oturub və növbəti say üçün əsas rəngi seçmək,  ya da kreativ üz qapağı düşünmək, gözəl illüstrasiyalar çəkmək, yaxud da məsələn, şmustitullar üçün sərbəst mövzuda fantaziya qurmaq.

Yaradıcılıq imkanları həqiqətən hədsizdir! Jurnalımız adından nə qədər maraqlı layihələr həyata keçirmişik: sərgilər, eyni zamanda xaricdə ulduzların konsertləri, teatr tamaşaları, xeyriyyə yarmarkaları!.. Ancaq sual yaranır: bütün bunları niyə edirik? Nəyin uğrunda bu qədər əziyyət çəkirik, imkanlarımızı, istedadlarımızı nümayiş etdirməyə can atırıq? Özümüzdən sonra "biz indi buradayıq, burada olmuşuq" izini buraxmaq üçün? Yəqin ki, klassiklə razılaşmalıyıq "Bütün dünya bir teatrdır"! Daha dəqiq desək ‒ çıxış etdiyimiz zaman demək olar ki, vəziyyətdən asılı olaraq hansısa rolu oynadığımız və əslində olduğumuz kimi görünə bilmədiyimiz teatr ya da böyük səhnədir... Mən tez-tez eşidirəm: «Mən həmişə olduğum kimiyəm!». Odur ki, bilin: belə deyən insan yalan deyir və ya onun aynası yalandır! Həmişə reallıqda olduğun kimi olman üçün tutuquşunun əhatəsində kimsəsiz adada yaşamalısan. Bir müddət sonra tutuquşu da sizə mane olacaq... Xeyr, biz olduğumuz kimi görünmək istəmirik. Əslində, biz hamımız aktyorlarıq və çıxış etdiyimiz səhnə bizi dəyişməyə məcbur edir. Bəli! Bu əla xəbərdir! Ancaq, bəlkə də ən vacibi odur ki, ‒ məhz bu əbədi oyun bizi dəyişdirir, "olduğumuz kimi" qalmaqla heç vaxt nail ola bilməyəcəyimiz zirvələrə qədər böyüməyə məcbur edir! Bəs xoşbəxtlik nədədir? Olmaq və ya olmamaq?

Ülviyyə Mahmudova, baş redaktor