NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

EYNİLİYİN MƏRKƏZİNDƏ

Azərbaycan Respublikasının etnoqrafik palitrası tarixi təbəqələri sayəsində olduqca müxtəlifdir. Bu elmi araşdırma olmaqla bərabər, həm də incəsənət araşdırmasıdır. Ötən əsrin ortalarından olan bu foto özündə iki ötən yüzilliyin elmi və yaradıcı kəşflərini təcəssüm etdirərək keçmişi və indini birləşdirir. Rüstəm Hüseynovun rəhbərliyi altında bir qrup fotoqraf coğrafi və siyasi istiqamətindən asılı olmayaraq qlobal dünya şəbəkəsindəki gələcək nəsillərə mesaj göndərdi. Gələcək nəsillər üçün bu kadrlar regional qloballaşmanın autentikliklə qarşıdurmasını əks etdirən keçmişə bir açardır.

Astara rayonunun Sım kəndinə qalxdığımız əsnada daxilən Talış zonasının folkloruna qərq olduğunu hiss edirsən. Asfaltın bitdiyi, demək olar ki, ayaq dəyməmiş təbiətin möhtəşəm fonunda gözdən itən folklorun şəfəqi başlayır. Daxili coşqunluq sizi İranla sərhəddə olan meşənin yamacında yerləşən ən cənub kəndin dağlarının zirvəsinə qaldırır. Niderland krallığının səfirliyi ideyanı və bu layihənin həyata keçməsini dəstəklədi. Niderland krallığının Azərbaycanda fövqəladə səlahiyyətli səfiri Onno Korvers heç düşünmədən foto ekspedisiyada iştirak etdi. Təcrübəli səyyah zamanın təsirli əlaqəsini həkk edirdi. Sanki zaman maşını kimi məni nənələrimiz və babalarımızın gənclik dövrünə – heç kimin heç yerə tələsmədiyi və mobil telefon kimi müasir məhfumların fantastika kimi göründüyü bir dövrə aparırdı. Amma autentik yaşantı xalqın bütün xarakterik atributlarından ibarətdir: xalça, taxta beşik, odun peçi…

Onnonun iki fotosunda günümüzdə təmir olunmuş kənd məktəbi yer alır: ədəbiyyat sinfinin qüsursuz ağ boyanmış divarları və bu divarlarda faciəvi taleyi olan iki nasirin – «Molla Nəsrəddin» satirik jurnalının iki müəllifi və Sovet Azərbaycanının flaqman-şairlərinin portreti asılıb.

Ən qocaman və peşəkar iştirakçı holland fotoqraf Arian Zvartdır. Əgər dünya axtarış şəbəkəsində bu adı yazsaq, ilk öncə onun qaraçı kürdləri (Boşa) haqqında olan məşhur albomuna keçidlər çıxacaq. Bu təsir bağışlayan kadrları əldə etmək üçün o, xüsusi qoruqlarda qaraçı köçü ilə birlikdə yaşayıb. Onun bütün portretləri fotoqrafa məxsus üslubdadır: hər bir tipajda emosiya və şəxsiyyət gizlənir, hətta kadrın qəhrəmanı Sım kəndinin qadın sakini üzünü saxlamağa çalışsa da. Tünd mavi divar qarşısında rəngbərəng yaşıl-qırmızı-bənövşəyi kəlağayıda yerdə bəzəkli döşəkcələrdə oturaraq qadın obyektivdən gizlənməyə çalışır. Bəlkə də, o, namaz qılır. Keçmişi biruzə verən qırış-qırış əlləri ilə üzünü gizlədir. Bir çox nəslin hekayəsinin döndüyü divar özü haqqında danışan fondur.  

Dünya yaradılışı haqqında suallar Arianı əyani şəkildə bu dünyanın, hətta maddi mədəniyyət abidələrinin belə fani olduğunu nümayiş etdirən qədim məzarlığa gətirib çıxardı.

Foto-kadrların sərgi materialının texniki çap parametri də qüsursuzdur. Foto-materialların ciddi seçimi demək olar ki, hər gün və yekun kataloqun çapa verilməsinə qədər baş verib. Kurator Rüstəm Hüseynovun əziyyətli əməyi sayəsində bir ədəd belə kənar kadr yoxdur, əvəzində kənd sakinlərinin maddi və qeyri-maddi irsinin artefaktları toplanıb. Budur, bir vaxtlar SSRİ ölkələrində taksi kimi fəaliyyət göstərən və administrativ vəzifəli şəxslərə xidmət edən, sovetdən qalan avto antikvar «Volqa» QAZ-24 kadrı… Bu antikvar tamaşaçı qarşısına metal daşımaq üçün pikapa dönüşdürülən təkər üzərində metallolom kimi çıxır. Paslı, rəngi getmiş kub kimi gəzən metallist kimi görünür.

Kəndli tipajların arasında şagirdlərlə birlikdə ağ saçlı ya müəllim, ya da məktəb direktorunun portreti gözə çarpır. Qəhrəman klassik-satirik Mirzə Cəlilin personajına bənzəyir. 

Bütün foto-kadrlar sanki filmdən stop-kadr rejimində donub qalan ayrı fraqmentlərdir, onları dəqiqliklə dərəcələrə bölünmüş işıq və rəng birləşdirir.

Təcrübəli ustadlar və italyan kolleqaları arasında itməyən Azərbaycan foto-sənətinin gənc nümayəndələri adına ürəkdən sevinmək olar. Bu adları yadda saxlayın: Ramina Boçarova, Vaqif Muqallı, Arif Quluzadə, Cordano Sotirio (İtaliya).

P.S. Bu layihədə bu sətirlərin müəllifi fotoekspedisiya prosesinin və eyni zamanda Azərbaycanın autentik guşəsində kənd həyatının müşahidəçisi kimi «Video-aparatlı insan» qismində çıxış edib. Mənim vizual oçerkimi Müasir incəsənət muzeyində keçirilən həmin sərgidə görmək mümkündür. Sərgi 28 iyunadək davam edəcək. 

Mətn: Ülvi Mehdi