NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

BİRİNCİ ŞƏXSDƏN. VÜQAR MURADOV

"Əvvəllər həftədə bir dəfə taksiyə minib, hava limanına gedirdim, amma indi bunu daha az edirəm. Axı hava limanı insanların gəlib-getdiyi kiçik bir planetdir! Qarşılayırlar və yola salırlar, gözləyirlər və ayrılırlar... Elə olurdu ki, əlimə bir qədəh konyak, ya da bir stəkan çay alırdım və seyr edirdim. Mənə əhəmiyyət verməyən insanlar arasında olmaqdan zövq alırdım".

screen_shot_2016-12-23_at_14.49.45

Vüqar Muradov oynamır. Nə təvazökar, nə kübar, nə də ekssentrik rəssamı oynamır. O, bizə Bayılda çəkdiyi fotoları göstərir və adama elə gəlir ki, sanki bu fotolar füsunkar Aralıq dənizindəndir! O, duyğu kateqoriyalarına müraciət edərək rənglər haqqında danışır. O, xalçalara baxır və onlarda başqa obrazlar – öz rəsmlərini görür.

AĞ MİRVARİ

Mənim cızmaqaram yoxdur. Heç vaxt onları çəkmirəm. Kətan, boya, fırça götürürəm və sadəcə çəkməyə başlayıram.

BOZ TORPAQ RƏNGİ

Əsərlər üçün müdrik hekayələr uydurmağa ehtiyac yoxdur. Hər şey çox sadədir. Rəssamlar – isə ən adi insanlardır.

Həmişə rəsm çəkmişəm. Rəngkarlıq mənim üçün tələbatdır. Rəngkarlıq – mənim əməyim, mənim çörəyimdir. İş tapmaq və maaşa yaşamaq ən asan yoldur. Bəli, çətin günlərim olub, amma mən rəsm çəkməyə davam etmişəm. Valideynlərim də daim məni dəstəkləyiblər. Heç vaxt daha ciddi bir işlə məşğul olmağı məsləhət görməyiblər.

screen_shot_2016-12-23_at_14.50.04

Əhval, 2012. Kətan, yağlı boya

RƏNGBƏRƏNG

On yaşımda jurnal reproduksiyalarından Rubensin əsərlərinin sürətini çıxarmağa başlamışdım. Onlara baxıb düşünürdüm: "Mən də belə çəkmək istəyirəm!" Və mənə, on yaşlı uşağa elə gəlirdi ki, onun rəsmlərini tamamilə dəqiq təkrarlayıram. İndi baxıram və düşünürəm: "Qorxunc idi!".

ŞİRİN KƏHRƏBA

Hamımız tənqidə ehtiyac duyuruq. Ağıllı-başlı, ayıldan tənqidə. Mən tərifləyirəm, məni tərifləyirlər... Hamı elə bir-birini mədh edir. Nə qədər olar? Tənqid hamımızı korlayan, inkişaf etməyimizə imkan verməyən tərifdən daha faydalıdır.

PATİN

Nə vaxtsa Salvador Dalinin böyük pərəstişkarı idim. Hətta sənət məktəbinin kitabxanasından onun reproduksiyaları olan albomu oğurlamışdım. Bəli, belə bir şey olmuşdu... Bütün Bakı bu haqda bilir. İllər sonra Amerikaya gedəndə onun əsərlərinin orijinalını muzeydə gördüyümdə çox məyus olmuşdum. Faktura hissi yox idi, hər şey düz və... plakat kimi idi. Ancaq məyus olmağım Dalının dahiliyini əksiltmir.

screen_shot_2016-12-23_at_14.50.18

Aleppo, Siriya

QIZILI

Sezan ilə isə əksinə. Onun orijinal əsərlərini görəndə donub qalmışdım! Ümumiyyətlə, Sezandan sonra yaranan çox əsər – Sezandır! Çoxları onun yaradıcılığı ilə maraqlanıb.

PURPUR LOTOS

Əgər mən fransızca danışsam, siz isə azərbaycan dilində, bir-birimizi başa düşə bilərikmi? Əlbəttə ki, yox! Rəsm çəkməyi öyrətmək mümkündür – inanın ki, bu rəngkarlığı anlamağı öyrətməkdən daha asandır. Çünki anlayışı öyrətmək mümkün deyil. Sən ya görürsən, ya yox!

DƏRİN QARA RƏNG

Elə insanlar var ki, yalançı olduqlarına görə onlarla ünsiyyəti kəsmişəm. Sözləşmirəm, münasibətləri aydınlaşdırmıram. Sadəcə belə insanlarla ünsiyyəti kəsirəm. Yalan və aldatma məni ən çox məyus edən şeydir... "Yalan" və "aldatma" sözlərinin sinonim olduğunu heç bilmirdim. Mən ancaq mastixin və fırça arasındakı fərqi aydın görürəm.

SOYUQ

Sadəcə bəxtim gətirib: sevdiyim işlə məşğulam. Öz emalatxanamda tək qalıram, insanlarla nadir hallarda görüşürəm. Ancaq yenə də bəzən supermarketdə xoşagəlməz hadisələrlə qarşılaşmaq məcburiyyətində qalıram.

Bir dəfə bağda darvazanı sumbatalayırdım. Və başa düşdüm ki, bir daha bu işi görməyəcəyəm. Hava küləkli idi, isti idi! Mən tək deyildim – bir dostumla idim.

Əgər bunu oxuyursa, nə demək istədiyimi başa düşəcəkdir. Boyadan əvvəl darvazanı sumbatalamaq – həyatımda gördüyüm ən pis şeydir.

screen_shot_2016-12-23_at_15.01.10

Üç arzu, 2015. Kətan, yağlı boya

İSTİ

Uşaqlıqda naturadan çox çəkirdim, amma çoxdandır ki, bunu etmirəm. Bunun səbəbi nədir? Cavab vermək çətindir. Yəqin ki, içimdəki şeyi təsvir etmək istəyirəm.

Bir dəfə bir kişi mənim emalatxanama gəldi və bir rəsmi gördüyündə bağırdı: "Bu ki, mənim yoldaşımdır!". Onu uzun müddət naturadan çəkmədiyimə inandırmalı oldum.

BADAMI AMARETTO

Həmişə insanların bir ağızdan, eyni zamanda danışmaqlarına və bir-birini necə anladıqlarına heyrətlənirəm! Onlar sürəti aşırlar, qaydaları pozurlar, amma yenə də İtaliyanı və italiyanları çox sevirəm.

Romanı gəzmək və bütün bu gözəlliyi görmək nə qədər olar! Buna görə fotoaparata maraq saldım. Mən fotoqrafiya xatirinə foto çəkmirəm. Mən ancaq qəribə bir fraqment, ya da işıq və kölgə oyununu gördüyümdə foto çəkirəm...

screen_shot_2016-12-23_at_15.01.27

Qəbələ, Azərbaycan

POSEYDON MAVİSİ

Hazırda harada olmaq istərdim? Santorinidə. Çünki ora əladır! İtaliyanın da gözəl yerləri var, ancaq Santorini... Bu əbədidir!

Mənim ada ilə bağlı heç bir əsərim yoxdur. Orada hansı rənglər var – ağ, mavi. Vəssalam! Hərçənd orada çox foto çəkmişəm. Bəlkə də buna görə rəsm çəkməmişəm – bəlkə hisslərimi fotolarda ifadə etmişəm deyə?..

MONOXROM

Mən avtomobil sürməyi sevmirəm və bacarmıram. Yolu yalnız yeraltı keçidlərdən keçirəm. Zebra keçidlərindən istifadə etmək? Bakıda yox!

screen_shot_2016-12-23_at_15.01.51

POLİXROM

İmpuls hər şey ola bilər. Mən hər şeyi mənimsəyirəm və heç vaxt mövzu axtarmıram. Məsələn, yaşıl bir nöqtə görürəm və onu açmağa başlayıram. Yalnız əhval-ruhiyyədən asılıyam. Yaxşı və ya pis – o qədər də vacib deyil.

Mənim üçün rəsm yaratmaq prosesi həmişə gözləniməzdir. Bu və ya digər işin necə inkişaf edəcəyini heç vaxt bilmirəm. Məsələ rəngkarlıqla bağlıdırsa, mən yalnız intuisiyama əsaslanıram.

QIRMIZI

Qırmızı hər zaman bayram deyil. Qırmızı hər zaman qan deyil.

QOVRULMUŞ SİENA, OXRA, SARIKÖK

Hindistana getməyi xəyal edirəm. Heç vaxt orada olmamışam. Bu ölkədən sonra nə var, heç bilmirəm. Gedib, qayıdacam... Sonra? Sonra nə olacaq? Bəlkə bütün bu rənglərin müxtəlifliyini həzm edə bilmədiyim üçün hər şey ağ-qara olacaq?..

screen_shot_2016-12-23_at_15.02.06

Santorini, Yunanıstan

SEPİYA

1998-ci ildə rəsm əsərlərimi Avstriyadakı Albertina Muzeyinə satmaq təklifi aldım. Orada qrafika ilə çəkilən ən yaxşı işlər toplanıb. Ancaq mən imtina etdim! Əsərlərimi hədiyyə etmək və ya satmaq istəmirdim... Bunun səbəbini izah edə bilmirəm: istəmirdim – vəssalam! Ancaq bu axmaq hərəkət mənə fürsətləri əldən verməməyi öyrətdi.

NARIN İSTİLİYİ

Xalçaya baxıram və iplə tullanan bir qız görürəm. Artıqları çıxarmağa başlayıram, yalnız gördüklərimi saxlayıram. At, ağac, muğam ifaçıları triosu... Beləliklə, milli xalçaların ornamentinə əsaslanaraq yaratdığım interpretasiyalardan ibarət bir sıra rəsmlər seriyası ortaya çıxdı.

NOVRUZGÜLÜ

Yüzlərlə əsərim var, o isə bir dənədir – Minə adlı qız... Qızım.

FEYXOA YAŞILI

Olub, var, olacaq... Mənə hər şey maraqlıdır, hətta nəyinsə baş verməli olduğu, amma baş vermədiyi belə.

RƏNGSİZ

Bəzən "Niyə?" kimi suallar yaranır...

screen_shot_2016-12-23_at_15.02.31

Ləkəsiz, 2015. Kətan, yağlı boya

2001

Fərdi sərgi, Fransa səfirliyi, Bakı, Azərbaycan

2003

Dövrün gənc və məşhur rəssamları, Am Tunnel & Espace Edward Steichen Müasir İncəsənət Qalereyası, Lüksemburq

Dövrün gənc və məşhur rəssamları, XLIII Art Salon, Espace Auteil, Paris, Fransa

MDB ölkələri rəssamlarının sərgisi, Mərkəzi Rəssamlar Evi, Moskva, Rusiya

2004

Expectations filminin çəkilişləri, MANA şirkəti, Paris, Fransa

2006

TÜRKSOY-9, İncəsənət Simpoziumu, Kuşadası, Türkiyə

Fərdi sərgi, Fransız Mədəniyyəti Mərkəzi, Bakı, Azərbaycan

2007

ALUMINUM, İstəklərin reallığı, Müasir İncəsənət Biennalesi, Muzey Mərkəzi, Bakı, Azərbaycan

Qobustan rəsmləri, Azərbaycan Rəssamlarının sərgisi, NATO İdarəsi, Cenevrə, İsveçrə

2008

Beynəlxalq İncəsənət Festivalı, Kopenhagen, Danimarka

Art Is Not Only Ugly, Yığma Sərgi, Xarici İşlər Nazirliyinin Atriumu, Berlin, Almaniya

2012

Retrospektiv fərdi sərgi, Muzey Mərkəzi, Bakı, Azərbaycan

Fərdi sərgi, Qəbələ Musiqi Festivalı, Hotel Caucasus Riverside, Qəbələ, Azərbaycan

Art Energy, SOCAR, Neft sərgisi, AMB, Bakı, Azərbaycan

Karikatura Muzeyinin IV Konfransı, Avropa Karikatura Mərkəzi, Kruişutem, Belçika

Punctum Contra Punctum, Müasir İncəsənət Beynəlxalq Sərgisi, Milli İncəsənət Muzeyi, Tbilisi, Gürcüstan

III Beynəlxalq Qız Qalası Festivalı, İçəri Şəhər, Bakı, Azərbaycan

2013

Home Sweet Home, milli sərgi, Azərbaycan Mədəniyyət Mərkəzi, Paris, Fransa

INKOGNITO, Beynəlxalq İncəsənət Sərgisi, Neapol İncəsənət Muzeyi, Neapol, Florida ştatı, ABŞ

2015

Azərbaycan xalçaları incəsənətdə , Azərbaycan Mədəniyyət Günləri, İncəsənət Sarayı, Kann, Fransa

2016

EXPO-2016, Azərbaycan Pavilyonu, Antalya, Türkiyə

Rənglərin formulu, fərdi sərgi, Sərgi Qalereyası, Muzey Mərkəzi, Bakı, Azərbaycan

Müsahibə: Nonna Müzəffərova

Foto: Maya Bağırova