NARGIS
Ru En
NARGIS MAGAZINE

Yunan qozunun gücü

Həyat ağacı

33b41aca

Yunan Qozu, böyük yağ tərkibi ilə fərqlənən, doyurucu və yüksək kalorisi ilə dünyada 1000 ildən artıqdır tanınan və məhşur olan məhsuldur. Qədim Yunanlar onun xususi həyat gücünə sahib olduğunu hesab edir, Babildə isə kahinlər onu “həyat ağacı” adlandırıraraq, adi adamlara ondan yeməyi qadağan edirdilər. Çoxdan bəri o, insanı yedizdirir, güc verir və müalicə edir. Şərq təbabətində yunan qozundan beyin, ürək və qaraciyər xəstəliklərinin müalicəsində istifadə edilirdi. Eləcə də kişilərdə gücün artırılmasında.

Qafqazda yunan qozunu çox sevirlər, məmnuniyyətlə çiy halını yeməklərdə və uşaq vaxtından sevdiyimiz şirniyyatlarda istifadə edirlər.

0e43b8ae

Amerika alimlərinin fikrincə, yunan qozları - qoz növləri arasında ən faydalısıdır. Onların tərkibində yerfındığından, badamdan və püstədən daha çox sayda aktiv antioksidant var. Eləcə də onlar - zülal, karbohidrat, vitaminlər, minerallar, yağ və sellüloz ilə olduqca zəngindirlər. Mütəmadi yunan qozu yemək ürək-damar xəstəlikləri, ateroskleroz riskini azaldır və bütövlükdə bizim orqanizmimiz üçün çox faydalıdır.

Daha çox hamı tərəfindən Yunan qozu yağı tanınır, ondan maddələr mübadiləsinin yaxşılaşdırılmasında, xroniki artritdə, kolitdə, yüksək xolesterində istifadə etməyi tövsiyə edirlər. O, güclü cavanlaşdırıcı və yara sağaltma təsirinə malikdir. Yaşıl, yetişməmiş yunan qozu isə -  mürəbbə üçün hər kəsin sevdiyi və ən faydalı inqrediyentdir. 

greckiy-oreh-e1487745405937

Ta qədimdən bəri bu ağacın yarpaqları yara sağaldan və vitaminli dərman kimi istifadə olunur, ondan möcüzəvi çaylar və tinktura (məhlul) hazırlayırdılar.

Saxlanma şərtlərinə riayət etməklə, qabıqlı qozları - 1 ildən, təmizlənmişini isə - 6 aydan çox saxlamaq olmaz.  

Dəri xəstəlikləri və bitgi zülalına qarşı allergiyası olanlara yunan qozundan istifadə etmək olmaz. Həkimlər gün ərzində 100 qramdan çox qəbul etməyi məsləhət görmürlər, belə ki onların həddən artıq qəbulu beyin damarlarının spazmına və miqrenə səbəb ola bilər.