NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Fotoqraflar üçün müsabiqə

Əziz dostlar!

NARGIS jurnalı ən yaxşı fotoşəkil müsabiqəsini elan edir!

redrose

1 ay ərzində - 1-30 may tarixi müddətində iştirakçılar verilmiş mövzuda öz foto işlərini İnstagrama #Nargisphotocontest haştaqini qeyd edərək yerləşdirməlidirlər. Müsabiqənin sonunda nüfuzlu, yaradıcı münsiflər heyətimiz tərəfindən üç qalib seçiləcək!

Münsiflər heyətində Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudova, fotoqraf Orxan Aslanov və rəssam Vüqar Muradov vardır. Üç qalibin işləri Nargis jurnalının ən yaxın tarixdə dərc olunacaq buraxılışında yayımlanacaq. 

Beləliklə, müsabiqənin may ayı üçün olan mövzusu - EHTİRAS!

Münsiflər heyətinin sözləri:

job_0143_ddfdf

Ülviyyə Mahmudova: «Mən canlı, təbii fotoşəkilləri sevirəm, onlarda müəllifin şəxsiyyəti, dünya görüşü əks olunsun. Onlar nə qədər az bəzədilmiş olsalar, o qədər yaxşıdır. Fotoqrafın işığı, ən yaxşı rakursu seçməyi daha vacibdir...

Niyə "Ehtiras"? Çünki həyatda hər şey onunla başlayır. Yalnız nəyəsə olan ehtiras bizi hərəkət etməyə, qurmağa, yaratmağa məcbur edə bilir. İnsanların bu sözü necə qavradıqları mənə maraqlıdır. Axı bu yalnız fiziki hisslər deyil. Bizi əhatə edən hər şeydə gözəlliyin təzahürü var, deməli ehtiras da var».

job_0143_

Orxan Aslanov: «Salam, əziz iştirakçı! Mən - Orxan Aslanov, fotoqrafam. Mənə görə, maraqlı və yaddaqalan fotoşəkil yaratmaq üçün ilkin iki əsas amil vacibdir - bu İşıq və Kompozisiyadır. Mən düşündürən, müəllifin ehtirasını hiss etdirən qeyri-standart işlər, həyacanlandıran fotoşəkillər görmək istəyirəm. Bu makro və ya portret, nude və ya təbiət fotosu ola bilər - fotoşəkil gərək ilk olaraq bizim yaddaşımızda qalsın, sonra isə artıq bütün dünyanın! Uğurlar!».

job_0143s_

Vüqar Muradov: «Mənim üçün müəllifin fərdi baxışını (imzasını), onun təsəvvürünü, öz işinə sərf etdiyi əməyini görmək vacibdir. Bu ağ-qara fotoşəkil də ola bilər, lakin onda çoxlu ehtiras və çoxlu rəng olmalıdır! Əsas odur ki, foto müəllifin şəxsiyyətini əks etdirsin».  

Müsabiqə şərtləri

  1. Hər bir iştirakçıdan sadəcə bir fotoşəkil qəbul olunur;
  2. Fotoşəkil keyfiyyətli olmalıdır (ən azı 1000-1500 piksel);
  3. Fotoşəkil müəllifə aid olmalıdır və kiçik şərh verilməlidir;
  4. Fotoşəkil müsabiqənin açıq olduğu müddətdə İnstagram hesabında #Nargisphotocontest haştaqi ilə yerləşdirilməlidir;
  5. Fotoşəkil həmçinin [email protected] elektron poçt ünvanına eyni haştaq qeyd olunmaqla göndərilməlidir. 

Hər kəsə uğurlar!