Mayın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.
Xatirə gecəsində onun doğmaları, dostları və həmkarları, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva da iştirak etmişdir.
Xatirə gecəsi yazıçının sevdiyi bəstəkar Tomaso Albinoninin “Adajio” əsəri ilə başladı. Daha sonra yazıçının əsərlərindən parçalar səsləndirildi, Maqsud İbrahimbəyovun dostları, doğma Bakı və sevdiyi insanlar haqqında fikirləri səsləndirildi.
Maqsud İbrahimbəyov 11 May 1935-ci ildə Bakı şəhərində anadan olub. Çoxşaxəli yaradıcılığı – istedadlı yazıçı, dramaturq, kinossenarist, və rejissorluğu sayəsində o, gənc yaşlarından SSRİ miqyasında məşhurluq qazanmağa nail oldu. Maqsud İbrahimbəyov müasir ədəbiyyatın görkəmli nümayəndələrindən biri kimi öz yaradıcığı ilə incəsənət düşüncəsinə öz töhvəsini verdi, onu zəngiləşdirdi. Ssenarist və rejissor kimi kinematoqrafiyanın inkişafında onun mühüm əməyi vardır. Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş filmlər tamaşaçılarda böyük maraq oyadır. Onun yaradıcılığında milli xüsusiyyətlər, Azərbaycan xalqının adət və ənənələri, Bakının özünəməxsus koloriti öz əksini tapmışdır.