YARAT Müasir İncəsənət Məkanı, 5 gənc və perspektivli rəssamın daxil olduğu, ümumilikdə isə 16 Qazaxıstan rəssamının iştirak etdiyi “Qazaxıstan üzərində günəş və neonlar” adlı qrup sərgisini təqdim edir.
Qazaxıstan üzərində günəş və neonlar sərgisi 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərinə aid orijinal əsərləri özündə birləşdirir.
Sərginin başlıca məqsədi, onilliklər boyunca Qazaxıstanın kollektiv təfəkkürdə canlanan geniş, ucsuz-bucaqsız və əhalisiz coğrafiyasının “ideallaşdırılmış” obrazını dərindən təhlil etməkdir. Sərgi müstəqilliyinin qısa zaman kəsiyində Qazaxıstanın milli və mədəni identikliyinin qurulması çərçivəsində baş verən dəyişiklikləri və fasilələri araşdırır.
Qazaxıstan üzərində günəş və neonlar – bu landşaft və şəhər mənzərələri, tarix və dövlət quruculuğu ilə yaxından məşğul olan rəssamların, o cümlədən şəhər həyatının qapalı reallığına tab gətirən, öz şəxsi həyatlarına və fərdi emansipasiyalarına bağlı olan nəslin sərgisidir.
Sərgi Avrasiya Mədəniyyət Alyansının dəstəyi ilə 7 iyun – 29 oktyabr tarixində Yarat Müasir İncəsənətdə keçiriləcək. Sərginin kuratoru Björn Geldhofdur.