NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

«Böyük Azərbaycan şairi Nizami»

5 iyun tarixində Londonda, Kraliça Viktoria Lord Leytonun dövrünün (1830-1896) məşhur rəssamının ev-muzeyində alim-şərqşünas Yevgeniy Bertelsin  Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi tərəfindən tərcümə edilmiş və nəşrə hazırlanmış, ingilis dilinə ilk  akademik tərcüməsi olan «Böyük Azərbaycan şairi Nizami» («The Great Azerbaijani Poet, Nizami») adlı kitabının təqdimatı keçirilib.

14969292585035862605_1000x669

Tanınmış alim-şərqşünas, Professor Evgeniy Bertelsin Qərbdə böyük nüfuza malik olan «Böyük Azərbaycan şairi Nizami» kitabı ilk dəfə 1940-cı ildə rus dilində işıq üzü görüb. O vaxtdan bəri, kitab yenidən nəşr olunmamışdı. Bertelsin bu əsəri tarixə, elmə, mədəni irsə, akademik nüfuza, eləcə də Azərbaycanın milli maraqlarına böyük töhfədir. Kitabda Nizami Gəncəvinin həyat və yaradıcılığı tədqiq edilir, qeyd olunur ki, o sadəcə şair deyil, həm də dünya şöhrətli filosof, mütəfəkkir olub. Kitab bir daha sübut edir ki, Nizami Gəncəvinin əsərləri 900 ilə yaxın bir zaman keçsə də öz aktuallığını itirmir. 

15612

26017

Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Paşayevanın sayəsində dünya alimləri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən akademik, elmi əsər ilə yaxından tanış ola bildilər. 

2504

Təqdimat səmimi və dostluq mühitində keçirildi. Gecənin sonunda AMEA-nın prezidenti Akif Əlizadə Nərgiz Paşayevanı akademik diplom ilə təltif etdi.

Həmçinin tədbirdə iştirak edən qonaqlara muğam ustası, xanəndə Fərqanə Qasımovanın ifasında konsert proqramı təqdim olundu.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Qeyd edək ki, 2013-ci ildə Oksford Universitetində akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə yaradılmış bu Mərkəz Birləşmiş Krallıqda Azərbaycanı hərtərəfli və sistemli olaraq tədqiq edən ilk və tək elmi-akademik quruluşdur. Fəaliyyətinin qısa müddəti ərzində bu quruluş Oksford Universitetinin elmi funksional tərkib hissəsi olmağı bacarıb.