NARGIS
Ru En
NARGIS MAGAZINE
Special Projects

"Yeddi gözəlin" ətəyində

screen_shot_2017-06-12_at_2.01.35_pm

Bu mənzərəli şəlalə adı ilə maraq oyadan Vəndam kəndinin yaxınlığında yerləşir. Müxtəlif yüksəkliklərdəki uçurumlardan axan su yeddi pillə, sanki bir-birinin ardınca yeddi ayrı şəlalə yaradaraq xalq arasında "Yeddi gözəl" adını alıb.

screen_shot_2017-06-12_at_2.04.31_pm

Bu gözəllərin ikisindən eyni anda axan fəvvarələrin ahəngdar səsi altında, tam şəlalənin ətəyində yerləşən çayxanada çay zövqü yaşamaq mümkündür.

screen_shot_2017-06-12_at_2.03.49_pm

Belə romantik adlı şəlalə üçün bundan yaxşı yer düşünmək mümkün olmazdı! Mənzərəli qarışıq meşə başımızın üzərindəki çətirləri birləşdirərək, günəşin şöləsinin torpağa dəyməsinə heç imkan verməyərək sirli vadini doldurur.

screen_shot_2017-06-12_at_2.01.57_pm

Bu yer səyyahlara hər zaman hüzur və sərinlik bəxş edir, daimi nəm iqlim isə liana kimi Azərbaycan təbiətinə yabani olan tropik bitkilərin yaranmasına səbəb olur.

screen_shot_2017-06-12_at_2.03.22_pm

screen_shot_2017-06-12_at_2.01.13_pm

Ətraf yerləri daha diqqətlə seyr etmək üçün biz hər dörd pillədə dayanırdıq. Hər dəfəsində bizim üçün yeni mənzərə açılırdı, ruhumuzu isə yeni duyğular və təəssüratlar bürüyürdü!

screen_shot_2017-06-12_at_2.02.15_pm

screen_shot_2017-06-12_at_2.03.00_pm

Bu yerlərin təbiəti özlüyündə romantik, xəyalpərəst və yaradıcılıq ahənginə kökləyir, çünki burada o qədər də cismən deyil - dik yoxuşun öhdəsindən hər kəs gələ bilməz – daha çox ruhən istirahət edirsən.

screen_shot_2017-06-12_at_2.04.14_pm

Təmiz bulaq suyundan ətirli çay, eyni zamanda yerli meyvələrdən mükəmməl mürəbbə bu qeyri-adi yerə qalxa bilən səyyahlara gümrahlıq və güc verir.

screen_shot_2017-06-12_at_2.04.51_pm

screen_shot_2017-06-12_at_2.02.35_pm

 

İdeya və Mətn Ülviyə Mahmudova

Foto Pərviz Qasımzadə