NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

İNFERNAL GÖZƏLLİK

Gitara rifflərinin gücü və hiddətli dinamikası çoxlu drayv və enerji ilə sazlanmış böyük enerji ehtiyatı və şəxsi fəlsəfədir... Bir çoxları üçün rok - böyük Led Zeppelin, Deep Purple, Pink Floyd və rok musiqisinin digər nəhəngləri, mələkləri, burada, Azərbaycanda əlçatmaz olanlardır. Müasir Azərbaycan roku, qəribə olsa da bu gün yarandığı dövrdəki roka bənzəyir: gənclər, submədəniyyət, öz "paralel" həyatının özünə xas atmosferi, hər kəsin bir-birini tanıdığı pərəstişkarların dar dairəsi və demək olar ki, böyük şou-biznes aləmi ilə əlaqənin tamamən olmaması...

screen_shot_2017-06-19_at_16.28.28

Azərbaycanda rok tarixi əcaibdir və ayrıca kitaba layiqdir. Çünki Azərbaycan roku - əsl feniksdir . Hətta eyni zamanda sələflərinə bənzəyən və bənzəməyən, ən qatı pərəstişkarların ondan əlini üzdükdən sonra belə tamamilə yanan və sözün həqiqi mənasında küllərindən yenidən doğan feniks.

Rok - sadəcə musiqi növü deyil, ilk əvvəl həyat tərzidir, bir cəmiyyətdir. Onun gücü və qüdrəti məhz bundadır. Keçmiş rokçu olmur: rok öz möhürünü əbədi olaraq vurur. Bu da, məhz gənclik dəliliyinin, drayvın hədsiz olduğu dövrün xatirələrinin zövqünü təşkil edir. Rok-əyləncə gecələrinə bu izdihamlı, dar və qaranlıq, tüstülü zirzəmilərə tam da bunun üçün gəlirlər. Əsl azadlıq atmosferini, məstlik və kefi dərin nəfəslə sinəyə çəkib, TV və radionu işğal etmiş süni-şirin pop musiqi haqqında unutmaq və ən əsası özün kimi insanlarla qarşılaşmaq üçün. O insanlar ki, onlar üçün bu üsyankar atmosfer - məhz əsl həyatdır. Fərqi yoxdur neçə yaşın var, hansı dövrdə böyümüsən, uşaqlıq kumirlərin Backstreet Boys və ya Modern Talking olub. Əsas odur ki, - sənə bu ağır rifflərin drayvı, bu dəhşətli energetika lazım olsun!

screen_shot_2017-06-19_at_16.24.35

Deyirlər ki, rok artıq əvvəlki kimi deyil. Rok - gənclik və üsyan musiqisidir. Hər bir rokçu nəslin öz xüsusiyyətləri, illərlə soyulan öz «qabığı» var. Rok enerji ilə qaynayan bir yeniyetmə kimi, maksimal dərəcədə sərt və qətidir. «Hər şey və ya heçnə» yaxud da "I want it all, I want it now!" - dahi Freddi Merkurinin oxuduğu kimi: ya sən əbədi olaraq gənc qalırsan, ya da boşluqda tamamilə izsiz itirsən. Rok ilə münasibəti olan hər bir nəslin öz duyğuları, öz yolu var. Axı rok - sadəcə musiqi deyil, o insan və atmosferdir.

Bakıda rokun yaranma tarixini bilən, onun necə olduğu barədə danışan az tapılar. Mən tez-tez o dövrün rokçuları ilə söhbət etmişəm - onları bir ümumi xüsusiyyət birləşdirir: rok barədə söz düşəndə onların baxışları şəfəqlənir, göz önündə enerji ilə dolaraq onlar sanki cavanlaşırlar. İndi bu gün rok-musiqini yaradan və ifa edənləri müşahidə edərək mən, uşaqların dediyi kimi, "prosesdə" olduqlarında həmin inanılmaz drayvı hiss edirəm!... Bəziləri hətta roku günümüzdə həm musiqiçilərə, həm də dinləyicilərə keçən həqiqətən iblisanə enerjiyə heç bir izah verə bilməyərək «şeytani musiqi» adlandırırlar. Və bu drayv möhtəşəmdir. Bunu fiziki hiss etmək mümkündür. Sənin kimi coşqulu eyni zehndə olan bir dəstə gənclərlə musiqi sədaları altında birləşmək, valehedici rifflər girdabına qərq olmaq - bəli, bunun öz ləzzəti var! Əgər sizə desələr ki, indi bu mümkün deyil, bütün bunlar Woodstock tarixə çevrilənə qədər olub və çoxdan ötüb keçib, - inanmayın: bu guya kiminsə gəncliyi ilə ötüb keçən gözəl dövr barədə növbəti mifdir. Tsoy, pardon rok - yaşayır! Bütün nifrət bəsləyənlərin və rəqiblərin acığına öz paralel həyatını sürür, - haradasa yaxınlıqda, lakin tamamilə fərqli bir ölçümdə.

screen_shot_2017-06-19_at_16.27.23

Rok fanatları bu gün nə ilə yaşayırlar? Əlbəttə ki, konsertlərlə! Budur, tam da enerjinin, təzyiqin, kollektiv şəkildə məst olmanın azad olduğu yer. Bəs slem və moş pitsiz olar?! Belə anlarda harada olduğunu büsbütün unudursan və tamamilə əyləncəli dəlilik atmosferinə qərq olursan. Bu - indiki Azərbaycanın rokudur. Bəli, o, on il bundan əvvəlki kimi lirik və romantik deyil, indi o daha sərt və ağırdır. Bizim müasir rokun xüsusiyyəti - metaldır. Yeri gəlmişkən, ötən yay inanılmaz bir hadisə baş verdi: Azərbaycanın "Pyraweed" metal-qrupu Gürcüstanın "Tbilisi JAM Fest" festivalında qalib oldu və Almaniyaya, ən böyük Wacken Open Air alman rok-festivalına səfər qazandı. Bununla da bizim rokumuzun çoxdan və asanlıqla haqqın rəhmətinə getdiyinə tam əmin olan, nəinki hər iki festivalın iştirakçılarını, həm də yerli əhalisini təəccübləndirdilər. Qeyd etmək lazımdır ki, Pyraweed - müasir Azərbaycan ağır rokunu təmsil edən yeganə qrup deyil. Bu sadəcə, bu gün demək olar ki, gənc insanlardan ibarət auditoriyanın, aydın şəkildə "ağırlaşmış" rok musiqiçiləri pleyadasının ənənələrinin sinerjisinin uğulu nümunəsidir.

Rok heç vaxt və heç yerdə tək qütblü olmayıb, həmçinin bizdə də. Müxtəlif qütblər öz orijinal yolları ilə musiqini öz arxalarınca çəkirlər. Sərt çərçivələrin üsyankar musiqisində təyinat ola da bilməz. Yaradıcılıq azadlığı - yeganə aksiomadır, muğam və caz elementlərindən tutaraq kantri eksperimentlərinədək hər şey istifadə olunur. Və burada, Süd yolu qalaktikasındakı ulduz və bürclər arasında dilemma yaranır. Birisi o qədər parlaqdır ki, ətrafında ki hər hansı bir ulduz sadəcə sönür, kimi isə birlikdə bir qrup ulduzlar topası yaradır. Bu topa nəinki iştirakçıların enerjisini toplayır, hətta öz, xüsusi işıqlanmasını verir. Hər yerdə olduğu kimi, birləşmə-dağılma, sonsuz təcrübələr və mübahisələr ayrılmaz surətdə əcaib musiqi kaleydoskopuna qarışır ...

screen_shot_2017-06-19_at_16.29.52

Bugünkü rok konsertlərdə .qopma. şən əyləncədən və bir qrup istedadlı musiqiçilərlə birgə asudə vaxtdan savayı nə ifadə edir? Bu sənin özünün, öz xəttinin, öz məsləkdaşlarının və pərəstişkarlarının   axtarışıdır. Səninlə birgə irəli gedəcək şəxslərin, nəvaxtsa sənin gəncliyinin və yaradıcı axtarışının ən gözəl xatirələrini təşkil edəcək şeylərin... Kimi çıxıb gedir, bu kainatdan yarpaq kimi düşür, kimi əksinə, qəflətən peyda olur, kimi isə digərlərinin, rok-cəmiyyətin daha gənc üzvlərinin fikrincə artıq bir neçə dövrün özünəməxsus abidəsi olub - sadəcə tarixdən əvvəlki lap qocalmış adam kimi... Qrupda ritmi kim tutur: basçı yoxsa zərbçi? - kimi ritorik suallar isə əvvəlki kimi yeni gələnləri öz həqiqətlərinin axtarışında mizraq-çubuqlarını sındırmağa və simlərini qırmağa məcbur edir. Rok budur: bu musiqi deyil - bu taledir!