NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

"Güllər Kraliçası"

"Güllər Kraliçası" adlanan və dünyada ən hörmət edilən çiçək Qızılgül, həmişə insanların təsəvvürünü həyəcanlandırıb və ehtirası, gözəlliyi, romantikanı... və Bolqarıstanı təmsil edib. Təsadüfi deyil ki, qızılgül bu ölkədə ta qədimdən bəri xüsusi hesab olunub.

28

Bolqarıstanın mərkəzi hissəsində Kazanlık və Karlovo şəhərlərinin ətrafında "Qızılgül vadisi" adlanan qızılgül plantasiyaları var. Kazanlıkda hər il 110 ildən çox tarixi olan qızılgül festivalı keçirilir.

İyun ayının ilk cümə günü şəhərin rəsmi bayramı - Kazanlık günü keçirilir. Bu bayramda "Qızılgül Kraliçası" müsabiqəsinin qalibinin taclanma mərasimi keçirilir. Həmin andan üç günlük şənliklər başlayır.

7

Bu il keçirilən festivalda fəxri qonaq qismində ilk dəfə Bolqarıstanda Azərbaycan Respublikasının xanım səfiri Nərgiz Qurbanova iştirak edib. O, digər münsiflər heyəti ilə yanaşı "Qızılgül kraliçası" seçimində və onun tacqoyma mərasimində iştirak etmişdir. 

  •  
  •  
1 / 5

2016-ci ilin iyun ayında Kazanlıkda unikal qızılgül Muzeyi açılıb. Hal hazırda muzey kolleksiyasında 900-dən çox, o cümlədən "Iskra" Kazanlık tarixi Muzeyinin anbarından olan əşyalar var.