Hər birimiz heç olmasa həyatında bir dəfə də olsa kumirinin obrazında özünü təsəvvür edib. Başqa şəklə düşmək, az da olsa özümüzü dünya miqyaslı ulduz kimi hiss etmək, ya da sadəcə ruhlandıran və heyran edən şəxsiyyətin həyatına toxunmaq bizə həmişə maraqlı olub.
Bu gün bizim layihənin qəhrəmanı - ADA universitetinin Avropa Birliyi məsələləri üzrə konsultantı, müəllim və gözəl ana Cəmilə Musayevadır. O, inanılmaz qadın və dahi aktrisa Odri Hepbernə çevrilməyə çalışacaq.
Niyə Odrinin obrazı? Çünki bu qadının müstəsna xüsusiyyəti var.
Odri gözləri ilə gülür.
O zərifliyin, səmimiliyin, uşaq saflığının və mehribanlığın özüdür. İnsanlarda dəyər verdiyim bütün keyfiyyətlərdir.
Odri elə bil daxildən nur saçırdı və bu nuru onu əhatə edən bütün insanlara bəxş edirdi.
Geyim: Boutique One
Facebook - Boutique One Baku
Instagram - _boutiqueone_
Fotostudiyasını təqdim etdiyi üçün Xalid Zeynalova təşəkkür edirik