Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin rəngarəng yürüşü və sərgisi keçirilib.
Tədbirdə 1980-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil iştirak edib. Bunların sırasında yürüş üçün qeydiyyatdan keçən şəxsi avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Klassik avtomobil sərgisinin eksponatlarından ibarət nəqliyyat vasitələri olub.
Klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb, şəhərin mərkəzi küçələri ilə yürüş etdikdən sonra Mərkəzin parkında sərgilənib. Yürüşdə iştirak edən ən qədim avtomobil 1937-ci ildə istehsal edilən "Opel Olimp" avtomobili olub.
Yürüşdən sona Heydər Əliyev Mərkəzinin parkında əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunub.
Fotohesabata baxırıq!