NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Rusiyada "Leyli və Məcnun" operasının premyerası

16 oktyabr 2017-ci ildə Moskvada Crocus City Hall-ın konsert zalında XVI əsrin dahi şairi Füzulinin eyni adlı faciəvi əsərinin motivlərinə əsasən 1908-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan milli musiqi mədəniyyətinin incisi sayılan "Leyli və Məcnun" operasının tamaşası həyata keçəcək. Bu opera sadəcə ilk Azərbaycan milli operası deyil, həm də Şərqin ilk operasıdır.

 img_4188-12-09-17-03-59

Əsərin yaradılması musiqi inkişafının müasir vasitələrinin sintezinin və xalq incəsənətinin milli xüsusiyyətlərinin təməlini qoydu. Beləliklə, Azərbaycanda 20-ci əsrin əvvəllərində, Şərqdə ilk dəfə olaraq, zəngin simfonik musiqini və Azərbaycan milli musiqi alətləri ilə müşayiət olunan əfsanəvi muğamı birləşdirən yeni opera janrı yarandı.

Şair Füzuli librettonun özülündə bütün Şərqdə və Asiyada məşhur olan faciəvi klassik sevgi hekayəsinə əsaslanan ərəb əfsanəsindən istifadə etmişdir.

Tamaşaçılar YUNESKO-nun Ümumdünya maddi mədəni irsinin şedevr əsərlərinin siyahısına daxil edilmiş əfsanəvi muğam və tarda virtuoz ifanın şahidi olacaqlar və ifaçıların vokalının, həmçinin simfonik və Azərbaycan milli musiqisinin sintezinin möhtəşəmliyini qiymətləndirə biləcəklər.

Tamaşada əsas partiyaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri: Azərbaycan xalq artisti Mənsum İbrahimov Məcnun obrazını və beynəlxalq müsabiqələrin laureatı, YUNESKO mükafatının qalibi Arzu Əliyeva Leyli obrazını ifa edəcəklər. Tamaşada həmçinin digər solistlər, habelə xor və balet çıxış edəcək.

Simfonik orkestrin dirijoru Azərbaycan xalq artisti Yalçın Adıgözəlovdur. Operanın quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Opera yaradılmasından təxminən 110 il sonra Moskvada baş tutacaq tarixi premyera Crocus City Hall-ın Böyük zalında keçiriləcək. Şərqin sevgi hekayəsi və parlaq dekorasiya kimsəni laqeyd qoymayacaq.

Tədbirin təşkilatçılığı 2010-cu ildə Azərbaycan Milli Konservatoriyası ilə birgə yaradılmış Moskvada Azərbaycan Mədəniyyət və İncəsənət studiyası və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Opera iki akt və dörd pərdədən ibarətdir.