NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Payız səhər yeməyi: Granola

icon

Payız - azca qaldırılmış yaxadan, parklarda uzun gəzintidən və Pumpkin Spice lattedən başlayır.

Sevimli mövsümün gəlişi, məktəb ilinin başlanğıcı və tətillərin bitməsi ilə həyat ritmi sürətlə işə düşür. Uzun iş günündən əvvəl dadlı bir səhər yeməyi yemək və sonra işlərinin dalınca həm enerji, həm də güclə dolu getmək istəyirsən.

Dadlı və sağlam səhər yeməyi - yaxşı əhval-ruhiyyənin rəhnidir, ən azından, mənim və ailəm üçün. Mən adiləşmiş səhər yeməyini müxtəlifləşdirməyə çalışıram və tez-tez maraqlı bir şeylər düşünürəm.

Lakin vaxt bəzən inanılmaz dərəcədə çatmır və o zaman ağıla səhər yeməyinin tez hazırlanan variantları gəlir - müxtəlif taxıl lopaları, müsli, granola. Bu məhsulları alarkən mütləq şəkərin, kanserogenin və boyaq maddəsinin miqdarına diqqət edin. Təəssüf ki, tamamilə sağlam məhsul almaq çox çətindir. Xaricdə olarkən granolanı həmişə xüsusi mağazalardan əldə edirəm. Ancaq ən sadə inqrediyentlərin köməyi ilə sağlam səhər yeməyi hazırlamaq mümkündür və mən tez-tez granolanı özüm hazırlayıram. Üstünə süd tökürəm və ya adi yoğurt ilə yeyirəm.

granola_3

Granola nədir? Yulaf lopalarından, qoz-fındıq ləpələri və baldan ibarət ənənəvi Amerikan qəlyanaltı-səhər yeməyi. Granolaya həmçinin quru meyvələr də əlavə edilir.

granola_1

Granola nə ilə yaxşıdır? Tez, faydalı və inanılmaz dərəcədə dadlı! Mən onu qapaq ilə sıx bağlanan bir şüşə qabda saxlayıram. Granolanın variantları çoxdur. Mən Sizə onlardan birini təqdim edirəm. Xatırladıram ki, Siz öz qranolanızı öz istəyinizə görə hazırlaya bilərsiniz.

Granolanın standart növləri:

  • 3 stəkan yulaf lopaları;
  • 1 stəkan müxtəlif ləbləbi (mən badam və yerfındığı sevirəm);
  • 1/2 stəkan kokos lopaları;
  • 3 xörək qaşığı qəhvəyi şəkər;
  • 1 yarım çay qaşığı darçın;
  • 1/4 çay qaşığı duz;
  • 1/3 stəkan bal;
  • 2 xörək qaşığı yağ (mən zeytun yağı istifadə edirəm);
  • 1 stəkan müxtəlif quru meyvələr (kişmiş, qurudulmuş quşüzümü, qurudulmuş alma, xurma və s.);

İstəyə görə və əgər varsa chia (adaçayı növü), kətan, goji (qurd üzümü) toxumu, günəbaxan tumu və s.

Sobanı 150 dərəcə açın. Bişirmə kağızını soba qabına sərin və yaxud keramik qabdan istifadə edin.

Böyük bir qabda yağ, bal və quru meyvələr istisna olmaqla, bütün inqrediyentlər qarışdırılır. İsti bal və yağdan hazırlanan qarışıq yulafın üzərinə əlavə olunur və yaxşıca qarışdırılır. Alınmış kütlə bişirmə qabına qoyulur və 40 dəqiqə bişirilir. Hər 10 dəqiqədən bir qızılı rəngə dönənə qədər qarışdırılır. Sonra quru meyvələr əlavə olunur. Granola hazırdır!

granola_5

granola_4

Bon appétit!

 

Mətn: Həcər Əliyeva