Ideya çoxdur, lakin mən hələ ki, onları sirr olaraq saxlayıram, axı nə iləsə təəccübləndirmək gözəldir!
Jurnalın baş redaktoru olmaq göründüyü kimi asan deyil! Axı, onun yaranması və müvəffəqiyyəti ən yüksək dərəcəli kreativlə bağlıdır. Aydan-aya oxucunun marağını azaltmadan yaradıcı formanı yaratmaq və zamanın ucunda olmaq - Nargis Magazine redaksiyası artıq beşinci ildir ki, bu rejimdə yaşayır və uğurla işləyir. Azərbaycanda ən populyar jurnalın əsas xüsusiyyəti nədən ibarətdir, onun müvəffəqiyyəti nədən asılıdır və onun rəhbəri olmaq necə hissdir? Bütün bunlar haqqında Nargis nəşriyyat evinin rəhbəri, Nargis jurnalın baş redaktoru Ülviyyə Mahmudova danışır.
Ulduz heyətindən kimi öz jurnalınızın ikinci redaktoru vəzifəsinə dəvət edərdiniz?
Düşünürəm ki, mənə də adi insanın, məsələn, işlədiyi yerdə yaradıcılıq sahəsində öz istetadını göstərə bilmədiyi ofisiantın və ya hansısa rəsmi strukturun işçisinin kreativ fikirləri olduqca maraqlı olardı. Mənə hər şey və nəsə öyrənə biləcəyim hər kəs maraqlıdır. Buna görə də konkret bir ad çəkmək mənim üçün çətindir. Amma dəqiq bilirəm ki, mən həmişə məsələn, UNİCEF kimi beynəlxalq qurumlarla birgə Nargis jurnalının sosial istiqamətdə buraxılışının üzərində işləmək arzusunda olmuşam... Ümumiyyətlə, ideyalar çoxdur, lakin mən hələ ki, onları sirr olaraq saxlayıram. Axi nə iləsə təəccübləndirmək gözəldir!
Baş redaktor vəzifəsi iki peşənin birləşməsini tələb edir: jurnalist və rəhbər. Sizdə bunların nisbət faiz dərəcəsi necədir?
Yəqin ki, məndə jurnalistlik daha çoxdur. Amma fərqlənmək üçün daim yeni ideyalar, rubrikalar və s. təqdim edən kreativlik daha da çoxdur. Lakin mən rəhbər kimi o qədər də yaxşı deyiləm: mənə yetişkin insanlara nə etmələrini söyləmək çətindir, xatırlatmaq isə daha da çətindir. Mən həmişə işçilərimin vicdanına güvənirəm, baxmayaraq, bizim zamanımızda deyirlər ki, bu etibar edə biləcəyiniz düzgün idarətmə vasitəsi deyil.
Bu gün moda mövzusunda, moda tendensiyaları, məşhur insanların həyatından bəhs edən bir çox jurnallar dərc olunur. Sizin jurnalınız da bu cür maraqlı bölmələrdən ibarətdir. Amma rəqabət böyüyür və oxucuları itirməmək üçün nədəsə birinci olmaq lazımdır. Sizin fikrinizcə Nargis jurnalının əsas xüsusiyyəti nədir? Yaxud belə deyək, jurnalın fərqli konsepsiyası nədən ibarətdir?
Deyə bilərəm ki, bizim jurnalın əsas xüsusiyyəti, ona çoxlu zəhmət və sevginin sərf olunmasıdır. Biz sadəcə pul qazanmaq üçün çalışmırıq - baxmayaraq ki, bu da vacibdir: biz jurnalı oxucularımız üçün hazırlayırıq. Əsas odur ki, heç kim burada başdansovma işləmir, bunu mən dəqiq bilirəm. Şəxsən mənim üçün "laqeydlik" kimi bir anlayış yoxdur. Hesab edirəm ki, işə səhlənkarlıqla yanaşmaqdansa, heç işləməmək daha yaxşıdır. Yəqin ki, mən həmkarlarımı buna yoluxdururam. Biz hər bir işdə kreativ olmağa, hər bir buraxılışla oxucularımızı təəccübləndirməyə çalışırıq.
Bəs Siz özünüz jurnal oxuyursunuz?
Düzünü desəm, mən özüm parlaq jurnalları çox da sevmirəm. Mənim həmişə məsələn "Interview" jurnalının formatı xoşuma gəlib, burada hər şeydən bir az var. Məni onların hər buraxılışı ruhlandırır və uzun illərin keçməsinə baxmayaraq, bu gün də onun əvvəlki kimi dəbli və nüfuzlu bir nəşr olması heyrətləndirir. Düşünürəm ki, biz eyni müvəffəqiyyətdən o qədər də uzaq deyilik!
Cümləni bitirin: Mən yaxşı jurnalı bunlar olmadan təsəvvür etmirəm...
...Gözəl və ağıllı qadınlar olmadan!
Gürcüstanın adı çəkiləndə ilk yaranan assosiasiya?
"Gürcüstan" sözündən, əlbəttə ki, Gürcüstandakı "Nargis Magazine Georgia" jurnalının redaktorları Tako və Likanı xatırlayıram. Ümumi işdən savayı bizi dostluğun birləşdirməsi mənim çox xoşuma gəlir. Əlbəttə ki, harada Gürcüstan - orada xaçapuri və mən!
Əgər Sizə Vətəninizin qısa təqdimatını etməyi tapşırsaydılar, ilk növbədə nədən danışardınız və nə göstərərdiniz?
Mən hökmən qonaqları Azərbaycan mətbəxi ilə tanış edərdim. O, çox zəngindir və mən elə bir turist tanımıram ki, Bakıda olarkən bizim yeməklərimizi dadmasın və sonra dostları ilə bu haqda gözəl təəssüratlarını paylaşmasın. Mənim üçün bu çox xoşdur, çünki bu, tamamən layiqlidir!