NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Zeynəb Cahan: "Bəylər" məscidi

img_2213

Sevimli şəhərimizdə müxtəlif mədəniyyətlər birləşir. Sadəcə Bakını gəzərək başa düşmək olur ki, burada nə qədər fərqli insanlar yaşayıb və yaşayır – ənənələr və dinlər iç-içədir və bu, indi şəhərdə öz əksini necə tapır. Belə bir keçmişin ən önəmli abidəsindən biri bizimlə indi də var olan donmuş sənət - memarlıqdır. Sizin diqqətinizi bu gün məhz belə bir sənət əsəri sayılan, içəri şəhərdə yerləşən Bəylər məscidinə cəlb etmək istəyirəm.

img_2219

Qurban Səid deyirdi ki, məscid Asiya ruhunun daşdan olan geyimidir. Lakin bizim qəhrəmanımız yalnız Asiya kontekstində deyil və mən çalışacam nəyə görə belə olduğunu qısaca izah edim. Hər kəsə məlumdur ki, bizə VII əsrin birinci yarısında gələn İslam dini-memarlıq abidələrinin inşasına səbəb olub, lakin Bəylər məscidi digərlərindən öz strukturuna və zalın həcminə görə fərqlənir. Onun inşasında həm Avropanın (ən azından Cordova məscidi ilə oxşarlığı) həm də şərqin, eləcə də tamami ilə yerli – Bakısayağı konstruktiv prinsipləri nəzərə alınıb. Hətta onun minarəsi də məhz Qərbi-Avropa memarlığına xas elementlərlə bəzədilib.

img_2199

Qabağa qaçmayaq və qayıdaq köklərimizə. Bəylər məscidi Məhəmmədin oğlanları Həşim-al-Bakui Hacıbaba və Hacı Cavad tərəfindən, fəaliyyətinə bir, hətta bir neçə ayrıca məqalə dərc olunmağa layiq olan - Bakı neft sahibkarı mesenat Murtuza Muxtarovun büyük dəstəyi ilə 1895-ci ildə başqa bir köhnə məscidin yerində tikilib. Beləliklə “Bəylər” məscidi, İçərişəhərdə tikilmiş son tikili hesab olunur və yəqin ki, məhz buna görə də ən müasiridir. Axı, ən maraqlısı hələ qarşıdadır!

img_2197

2014 cü ildə “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi Avstriyalı mütəxxəssis Erix Pummeranı məscidin konservasiyası və bərpası üçün dəvət etdi. Və bu gün Bəylər məscidi sadəcə bir məbəd deyil, ən maraqlı ekspozisiyaları müşahidə etmək üçün mümkün və lazım olan məscid-muzeyidir.

img_2207

Hazırda ziyarət olunan "müqəddəs relikviyalar" adlanır. Burada Azərbaycanın bütün bölgələrindən yığılmış müxtəlif dövrlərin qədim Quran kitabının nəşrləri təqdim edilir. Bu ekspozisiya daha çox öz eksponatlarının tarixi ilə maraq oyadır. Bu müqəddəs kitablar müxtəlif dövrlərdə xilas olunub və qorunub - burada Sovet hakimiyyəti tərəfindən istənilən dini atributun qadağan edildiyi bir dövrdə uzun illər ərzində divar arasına hörülmüş Dərbənd məscidinə məxsus olan Quranı görmək olar. Yaxud bir əsr əvvəl yanğından xilas edilmiş kitab səhifələrini. Kitablardan savayı ekspozisiyada həmçinin görməli olduğumuz digər müqəddəs eksponatlar təqdim olunub. Məscid, son zamanlarda sənət nümayəndələri arasında o qədər maraq oyatmışdır ki, buna görə tezliklə sərgilər bir-birinin əvəz edəcək! Onu tapmaq çətin deyil - Murad darvazasından Şirvanşahlar sarayına enmək və ya yoldan keçənlərdən soruşmaq kifayət edir. 

img_2208

img_2206