NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Aida Mahmudova: “Səhra olduğu kimi”

Noyabrın 14-də Quadro qalereyası Dubayda Aida Mahmudovanın ilk fərdi sərgisini təqdim edir. Qalereyada nümayiş etdirilən yeni rəsm əsərləri sadə və peşəkar ictimaiyyət tərəfindən böyük coşqu ilə qarşılandı.

Mahmudova 17 ədəd özünün yeni çəkilmiş əsəri ilə səhra mövzusunu daim hərəkətdə olan landşaft kimi araşdırır. Əsərlər qumun zəngin teksturunu və səhra landşaftının monoxromatik dərki içərisində rəngin incə dəyişikliklərini əks etdirir. Bəzən tünd göy rəng və ya müxtəlif rənglərin yığını unikal vahə və ya Fata Morqananın xəyalını ehtiva edən yaxınlıqdakı monoxrom rəsmləri canlandırır.

Aida Mahmudova 1982-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya gəlib. Hal-hazırda Bakıda yaşayıb-yaradır. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Rəssamın fərdi sərgiləri: “Umwelt” (YAY  Qalereyası, Bakı, 2016), “Elysium” (MİM, Bakı, 2015) “Ötüb keçərkən...” (Leila Heller Gallery, Nyu-York, ABŞ, 2015), “Daxili sakitlik” (Barbarian Art Gallery, Sürix, İsveçrə, 2013), “İşığı tuta bilmirəm”, Deweer Qalereyası, Belçika (2017). Aida Mahmudova həmçinin bir sıra qrup sərgilərinin də iştirakçısıdır, o cümlədən: “Vita Vitale”, 56-cı Venesiya Biennalesi, Azərbaycan  apavilyonu (2015), “Konfet dağlar, neft sahillər”, PERMM Muzeyi, Perm, Rusiya (2015), “Burada... Bu gün”, London (2014), “Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi (2013), “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” (Vyana, Roma, Moskva, Berlin, Paris, London (2012-2013). Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur. 

2008-ci ildə təsis edilən və Dubay Beynəlxalq Maliyyə Mərkəzində (DBMM) yerləşən Quadro İncəsənət Qalereyası tez bir zamanda BƏƏ-nin çağdaş və müasir incəsənət məkanlarından birinə çevrildi. Quadronun seçilmiş sərgiləri tamaşaçılara incəsənətin müxtəlif yanaşma və icra üslublarını duymaq imkanı verir.

Sərgi: Aida Mahmudova: “Desert as it is” (Səhra olduğu kimi)

Məkan: Quadro Qalereyası, Bina 10, DIFC Gate Village, Poçt qutusu 506586, Dubay, BƏƏ

Tarix: 14.11 – 5.12.2017