NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Oxatan

Astroloji üfüqdə azad ruhlu və aktiv Oxatanların vaxtı gəlib çatdı (22 noyabr - 21 dekabr). 

Bu bürcə hansı ümumi xüsusiyyətlərin məxsus olduğunu və Oxatan bürcünün ulduzunun təsiri altında hansı məşhurların dünyaya gəldiyini araşdırırıq.

Oxatanlar od ünsürünə aiddirlər. Açıq-aydın ifadə edilmiş liderlik xarizması, biliyə meyllilik və bütün dünyanı dəyişdirmək üçün ideyalar Oxatanlara xas xüsusiyyətlərdir. Oxatan bütün həyatı boyunca  populyarlığa, işində və nailiyyətlərində yaxınları tərəfindən yüksək qiymətləndirilməyə can atır.

Oxatanlar həm zehni, həm də bədən fəallığı ilə fərqlənirlər, buna görə də onlar adətən çox harmonik inkişaf edirlər və tez-tez yaxşı əhval-ruhiyyədə olurlar. Onlar səmimiyyəti, rahatlığı və azadlığı sevirlər, və hər hansı bir məhdudiyyəti ağrılı şəkildə qəbul edirlər. Oxatanların yumşaqürəkliliyi və səmimiyyəti təəssüf ki, tez-tez hədsiz olaraq impulsivliklə tarazlaşır.

Bütün Oxatanlar mükəmməl olduqlarına əmindirlər və hətta ən ədalətli tənqidi qulaqardına vururlar, yaxşı məsləhətləri isə tərəddüdsüz rədd edirlər.

Oxatanlar -  laqqırtı vurmaq həvəskarlarıdır, həm də bu xüsusiyyət təkcə gözəl cinsin nümayəndələrinə deyil, eynilə kişilərə də məxsusdur. Oxatan-qadınlar ailəsi uğrunda mərdlik və fədakarlıq etməyə hazır olmaqları ilə fərqlənən çox gözəl analar olur.

 

Oxatan öz partnyorunu ideallaşdırmağa meyllidir, lakin onun pyedestaldan düşdüyü an, Oxatan yeni muza axtarışına çıxır. Oxatanlar  küsəyəndirlər, münaqişələrdə çox kobud və ya kəskin olurlar. İncikliyi unutmurlar, münaqişələrdə təxribatçıdırlar. Çox vaxt səbəbsiz qısqancdırlar.

Lakin nikahda uzun və sadiq münasibət qurmağı bacaran məhz Oxatanlardır. Hətta ehtiras azaldıqda belə, Oxatan həmişə onun əvəzinə dostluq, ümumi maraq və qayğı göstərəcək.