2017-ci ili yola salmaq vaxtı gəldi, axı Yeni il yaxınlaşır və mən mərc edirəm ki, mənim oxucum doğmalarına və sevdiklərinə nə hədiyyə edəcəyi barədə düşüncələrdə özünü itirib. Bu bayram təlaşı və intizarı çox vaxt bayramın böyük bir hissəsinə çevrilir. Sizi bilmirəm, amma mən hədiyyə verməyi hətta almaqdan daha çox sevirəm! Sizinlə mədəniyyət bloqundan 5 hədiyyə ideyasını bölüşürəm, dostlarınızı və doğmalarınızı təəccübləndirmək vaxtıdır!
1) Rəsm əsəri
Xatirə üçün hədiyyə - bu sözdən çəkinməyəcəm - sənət əsəri - daim yaxşı ideyadır! Əsas odur ki, zövqə və əlbəttə ki, əhval-ruhiyyəyə uyğun gəlsin. Siz doğma şəhərimizdə yaradıcılıqla məşğul olan yerli, cavan, lakin çox ümid verici gənclərə müraciət edə bilərsiniz. Onların hər birinin artıq şərq miniatüründən müasir sənətin cəsarətli ifadəsinə qədər öz tərzi təkmilləşib. Bayrama hələ tam 10 gün qalıb və əgər həqiqətən də cəhd etsəniz hətta portret sifariş etmək üçün vaxtınız var!
Maraqlı işləri İçəri Şəhərdə yerləşən çoxsaylı qalereyalarda, eyni zamanda ArtWeekends'də, yaxud onlayn əldə etmək olar - xoşbəxtlikdən bu gün bakılılar instagram sosial şəbəkəsindən tamamilə hər şeyi tapa bilər!
2) Kəlağayı
Bu ipək baş örtüyüdür və onun 2014-cü ildən ənənəvi istehsalı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilmişdir! Belə bir hədiyyə ilə nəinki modabazları sevindirmək olar, həm də ölkənin yaradıcı sənayesinə öz töhfəni vermək olar. Yeri gəlmişkən - bu gün ənənəvi texniki vasitələrdən istifadə edərək müxtəlif növ məhsullar yaradan istedadlı dizaynerlərin əksəriyyətinə sevinməmək və onlarla qürur duymamaq mümkün deyil. Bizim milli örpəyimiz şübhəsiz ki, ənənəvi mədəniyyət növlərindən biridir, bu hətta təsviri incəsənətdə əks olunur. Bir sözlə, ən yaxşı hədiyyədir!
3) Kinoya olmayan bilet
Axırıncı dəfə teatrda nə vaxt olduğunuzu xatırlayırsınız? Bəs operada? Ümid edirəm ki, o qədər də çoxdan deyil! Bu bəlkə də, siyahımdakı ən təsirli hədiyyədir! Sizə Teatr və ya Operaya bilet hədiyyə etməyi təklif edirəm. Bizə tez-tez xarici truppalar gəlir, şəhərin kassalarının afişalarını təqib etməyi məsləhət görürəm. Həmçinin bu yaxınlarda açılmış Marionet Teatrı haqqında xatırladım - görkəmli bəstəkar Üzeyir Hacıbəyova ithaf olunmuş sehrli yer. Əminəm ki, aktual "Leyli və Məcnun" tamaşası nə sizi, nə də yaxınlarınızı laqeyd qoymayacaq!
4) Rəqs dərsi
Budur, nəhayət ki, romantik hədiyyəyə gəldik. Yalnız, xahiş edirəm, heç kimdən çəkinməyin! İkili rəqs etmək əladır, əgər alınırsa taktla rəqs etmək daha da əladır. Mən özüm də belə bir hədiyyədən imtina etməzdim! Qəribə olsa da, Bakıda bütöv bir rəqs icması var, insanlar müntəzəm olaraq toplanır, həm tanqo, həm salsa, həm rumba rəqs edirlər, həm də ümumiyyətlə əyləncəli həyat sürürlər! Fərdi dərs sifariş etmək üçün rəqs məktəblərinə müraciət edə bilərsiniz, yenə də instagram və facebook vasitəsilə.
5) Kitab
Heç cür kitabsız ötüşə bilmirəm! Kitabın ən yaxşı hədiyyə olduğu ifadəsini tez-tez eşitsək də, razılaşın ki bir-birimizə onu nadir hallarda bəxş edirik. Yeni ili Kafka və ya Oruell ilə qarşılamağı məsləhət görməyəcəm - qohumlarınıza rəhm edirəm... Bayram günlərində yaxşı olardı ki, yüngül, dadlı, şən bir kitab oxuyasınız, ağırlığı isə yola saldığımız ilin "təhlili" üçün buraxaq. Son zamanlarda əldə etdiyim bu cür əsərlərin üçünü sizinlə paylaşacam - Meredit Mileti "Ağızda qalan dad", Erik Emmanuel-Şmitt "Brüsseldən olan iki cənab", Jojo Moyes "Parisdə iki görüş".
Unutmayın ki, hər bir hədiyyənin vacib hissəsi - əl ilə və ürəkdən yazılmış açıq məktubdur! Yuxarıda qeyd etdiyim kimi, yaradıcılıqla bağlı hər bir şey sevimli şəhərimizdə tam sürətlə inkişaf edir! Əl işi olan gözəl açıqcalar tapmaq mümkündür, hətta eksklüziv - sadəcə sizə özəl hazırlatmaq olar!