NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

AİDA MAHMUDOVA

Aida Mahmudova — özünü, işlərinin prizması vasitəsilə öz dünyasını yaratmağa həsr edən bir rəssamdır. Kətanda əks olunan hər bir obrazda, rəssam həmişə istəyir özünü, öz dünyagörüşünü, öz hisslərini və biliklərini ifadə etsin. O, bunu bacaranda isə, onun tamaşaçısı bunu intuitiv olaraq hiss edir.

"Mənim sənətim – şəxsiyyətimin əsasını təşkil edən yaddaşımın aramsız tədqiqidir» - qəhrəmanımız belə deyir.

Aida Mahmudova 10 yanvar 1982-ci ildə Bakıda (Azərbaycan) doğulub. 2006-cı ildə Londondakı Central St. Martins kollecini (Müq. Martin adına Mərkəzi incəsənət və dizayn kolleci) bitirib.  Amma bununla yanaşı, Aida bu yaradıcı və təşkilati sahəni istisna olaraq, biri-birindən ayırmadı  və 2011-ci ildə Bakıda Yarat! platformasını yaratdı. Onun bəhrəsi tez bir zamanda və inamla, tamamilə müxtəlif istiqamətlərdə çalışan, ümumi YARATMAQ! səylərilə biri-birilərinə bağlı olan sənət adamlarının quruculuq, ünsiyyət, yaradıcılıq və birliyi üçün əsas meydançaya çevrildi.

Yarat Contemporary Art Space bütün dünyadan olan məşhur rəssamları Bakıya cəlb etməklə, Azərbaycan sənətçiləri üçün yeni üfüqlər açmaqla, bugün ölkənin mədəni həyatında xüsusi yer tutmaqdadır. YARAT!-ın rəhbəri – Aida Mahmudova, nüfuzlu theculturetrip.com. saytının versiyasına görə, Mərkəzi Asiya və Qafqaz regionunun incəsənəti sahəsində ən nüfuzlu qadınlar siyahısına daxil edilmişdir. Portalda Azərbaycanın müasir incəsənətinin inkişafında Aida Mahmudovanın rolu, onun tərəfindən bu istiqamətdə təşkil olunan tədbirlər, həmçinin rəssamın fərdi yaradıcılığı qeyd olunmuşdur.

Axı, Aida Mahmudovanın özü də, ilk növbədə, yaradıcıdır. Rəssamın fərdi sərgiləri bir çox beynəlxalq meydançalarda keçirilib. Ən əhəmiyyətli sərgiləri bunlardır: "Umvelt", YAY qalereyası, Bakı, Azərbaycan (2016), "Elizium", Bakı müasir incəsənət muzeyi (2015), "Yolüstü", Leyla Heller qalereyası, Nyu-York, ABŞ (2015) və "Daxili aləm", Barbarian Art Gallery, Sürix, İsveçrə (2013), "İşıq sezilməz", Deweer qalereyası, Belçika (2017), "Desert as it is", Dubayda Quadro qalereyası (2017).

Rəssam həmçinin Venesiyada 56-cı Beynəlxalq Biennale çərçivəsində "Vita Vitale", Azərbaycan milli pavilyonu, İtaliya (2015), "Konfetli dağlar, neftli sahillər" Perm müasir incəsənət muzeyində, Rusiya (2015), Venesiyada 55-ci Beynəlxalq Biennale çərçivəsində ‘Love Me, Love Me Not’, İtaliya (2013) kimi bir çox beynəlxalq layihələrdə iştirak edib.

Aida Mahmudova Vyanada Kunsthistorisches Museum Neue Burg-da, Avstriya, Romada MAXXI, XXI əsrin Milli incəsənət muzeyində, İtaliya (2012-2013), Multimediya sənətləri muzeyində, Moskva, Rusiya (2012-2013) və Londonda Filipp de Pürinin qalereyasında, Böyük Britaniya (2012- 2013) kollektiv sərgilərin iştirakçısı olub.