NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

“KÖRPƏ GÖZÜ İLƏ...”

«Sən möcüzəyə inanmırsan?

Xeyr, nahaq yerə, özünə inanmaq lazımdır!»

 

Möcüzəyə inanırammı? Bəs onlara inanmamaq üçün səbəb varmı?

Məgər bir uşağın dünyaya gəlməsi, sevgi, ehtiras, kədər, xatirələr və bir çox şey möcüzə və ya sehr deyil? Bədbəxtlik bundadır ki, biz, insanlar, zamanla adiləşmiş heç bir şeyə dəyər vermirik, indiki, izah edilməyən möcüzəni isə biz norma və təbii həyat prosesi kimi qəbul etməyə başlayırıq. Amma biz bütün stereotiplərimizdən azad olmağa çalışsaq və dünyaya bir körpə gözü ilə baxsaq, o zaman dərk edirik ki, hər kəsdə şübhə doğuran möcüzə əslində bizi ilk nəfəsdən sona qədər əhatə edir. Ətrafa baxın, hiss edin, dinləyin… Suyun səsini eşidirsiniz? Quşların nəğməsini? "Heyvanlar aləmi" proqramına göz atın, dişi şirin öz yavrusunu necə sevdiyi haqqında olan filmə baxın. İnsanlar heyvanların bir insan kimi şüuru və ağlı olmadığını hesab edir. Axı biz görürük ki, o öz yavrusuna qayğı göstərərək əsl sevgi hissi yaşayır! Məgər bu möcüzə deyil?!

Yəqin ki, uşaqların böyüklərdən daha ağıllı olduğunu əbəs yerə demirlər. Mən bu sözlərdə həqiqət olduğunu düşünürəm və uşaq kimi səmimi olaraq təəccüblənməyi bacaran - artıq hər kəsdən bir addım öndədir. Axı, uşağın zehni bu dünyaya açıqdır və hər hansı bir universal "həyat formulunun" axtarışında olmur (zənnimcə belə formul heç mövcud da deyil!). Uşaq üçün hər bir xırdalıq, dünyayı dərk etmə prosesində hər yeni bir kəşf həmişə - möcüzədir! Bu bizim inanılmaz planetimiz var olduqca möcüzələrin olduğu, varlığı və olacağına dair bir sübutdur!

Bəs sizin fikrinizcə, planetimiz və hər bir insan - möcüzə deyil?

Elə isə gəlin geniş nəzər salaq.  Və yalnız gözlərlə deyil!

 

Messika zinət əşyaları, Glamazone və Gatsby kolleksiyaları

ELLUXUS BAKU BUTİKİ