NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

«BİZİM ÜÇÜN ƏN VACİB İNCƏSƏNƏT - KİNODUR»

Artıq 70 ildir ki, minlərlə insan mavi sahilə sadəcə möhtəşəm mənzərəni seyr etməyə görə getmir, həm də özləri üçün kino dünyasında yeni bir şey kəşf etmək üçün gedir. Kann Festivalı - kinematoqrafiya dünyasının ən parlaq və ən nüfuzlu hadisələrindən biridir.

Yəqin ki, hər kəs qaliblərə verilən "Qızıl Palma Budağı" mükafatı haqqında eşidib, amma film sənayesinin nümayəndələrinin ən çox arzu etdikləri isə hələ festivalın ilk zamanlarından ənənəvi olaraq təqdim olunan Kannın Qran Pri mükafatıdır.

Kann Festivalı bizə sadəcə kino sənətinin şedevrlərini bəxş etməyib, həm də düşüncəmizi qidalandırıb. Kann Film Festivalı sayəsində tanıdığımız sevimli filmlərimizi sizə təqdim edirik.

  1. «Lobster»

Yorgos Lantimosun filmi bizi tənhalığın birmənalı şəkildə pis olduğu yaxın gələcəyə aparır. Müəyyən yaşa çatmış bütün tənha olanları bir otelə toplayırlar. Bu otel beş ulduzu və yaxşı servisi ilə əlamətdar deyil, bura düşən hər kəs 45 gün ərzində öz sevgisini tapmalıdır. Əgər tapmasa həmin qonağı gəldiyi zaman seçdiyi heyvana çevirirlər. Bu film festivalda tam 3 mükafat toplayıb və dərhal tənqidçilərin top seçməsinə daxil olub.

_2

  1. «Sevgisiz»

Boşanma - müasir cəmiyyətin ən yayğın problemlərindən biridir. Yarımçıq ailələrdə qalan uşaqlar olmasaydı bu problem bu qədər qanqaraldıcı olmazdı. Əgər əksər hallarda hər bir valideyn uşağı qazanmağa çalışırsa, Andrey Zvyagintsev isə "Sevgisiz" filmində uşağın heç kimə lazım olmadığı bir ailənin hekayəsini göstərir. Tezliklə yeni münasibətlər qurmağı istəyən valideynləri arasında baş verən mübahisələrin öhdəsindən gələ bilməyən balaca Alyoşa yeganə çıxış yolunu evdən qaçmaqda tapır. Film izləyicini zalım bir gerçəyə qərq edir, bu da rejissora olduqca xas olan bir xarakterdir. Film "juri mükafatına" layiq görülüb. Xatırladaq ki, bu, Zvyagintsevin Kannı fəth edən ilk filmi deyil.

_2_1

  1. «Şagird»

Alman dramaturqu Marius von Mayenburgun "Məzlum" adlı pyesinin motivlərinə əsasən çəkilmiş film 2016-cı ildə Kann Film Festivalının ən rezonanslı filmlərindən biri olub. Balaca oğlan Veniamin demək olar ki,  İncili əzbərə bilir və müqəddəs kitabı hərfiyyən şərh edir. Və budur, o öz məktəbinə səlib müharibəsini elan edir. "Şagird" hovuz dərslərinə, ev rahatlığına və ən əsası biologiya müəlliminə qarşıdır, çünki yəhudi köklərinə sahib olduğuna görə Veniaminin xoşuna gəlməyən müəllimə Darvin nəzəriyyəsini, ateizmi təbliğ edir. Niyyətinin ciddiliyi "şagirdin" məktəbin idman zalında quraşdırdığı çarmıxdan sonra bəlli olur. Film Kann festivalının "xüsusi baxış" proqramında təqdim olunub və François Chalais adına mükafata layiq görülüb.

file_4