NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

QEYRİ-ADİ İLHAM

Hər dəfə film seyr edərkən, bədii əsər oxuyarkən və ya musiqi dinləyərkən qeyri-ixtiyari olaraq "hər şey necə bu qədər gözəl düşünülüb?" fikri oyanır. Ağlımızda yaranmış bu suala cavab olaraq beyin ilk növbədə "bütün məsələ muzalarda - ilham verən gözəl qadınlardadır" bildirir. Amma dünya praktikası göstərir ki, bütün dahilər gözəl xanımlara valeh olmayıb, bir şedevri yaratmaq üçün kiməsə çay kənarında uzanmaq və ya başını buzlu suya salmaq kifayət idi.

Lüdviq van Bethoven. Hər dəfə masa arxasına oturub musiqi bəstələməzdən əvvəl alman bəstəkarı başını buzlu su ilə dolu ləyənə salırmış. O, bu üsulun beyni stimullaşdırdığını hesab edirdi və bu vərdişindən ömrünün sonuna qədər əl çəkə bilmədi.

maxresdefault_1

Viktor Hüqo. Fransız yazıçısı çılpaq vəziyyətdə bağlı otaqda qalaraq ilham alırdı. O, kağız və qələmi masada qoyurdu. Xidmətçilərə əsərini bitirənə qədər ona geyim vermələrini qadağan edirdi. Məşhur "Doxsan üçüncü il" romanını bitirmək üçün otaqdan tamamən çılpaq vəziyyətdə çıxmaq və hər səhər üzərinə bir vedrə su tökmək məcburiyyətində qalırdı. Bu, ona özünü tamamilə canlanmış hiss etməyə kömək edirdi, sonra isə baxış otağı adlandırdığı şüşəli qəfəsində yazmağa davam edirdi.   

file_6                                                                                                                                                                                                                                                   Çarls Dikens. İngilis yazıçısı çox qəribə bir vərdişə sahib idi. Hələ sağlığında o, bütün meyitxanaları gəzməyi sevirdi. Hansı şəhərə səfər etsə, ilk növbədə meyitxanaları ziyarət edirdi və saatlarla orada qalıb meyitləri seyr edərdi. Onu zəbt edən bu hissi "iyrənc cəzbediclik" adlandırırdı.

--588x375

Alfred Hiçkok. Məşhur rejissor Hiçkok da ilham axtarmaq üçün qeyri-adi yolların tərəfdarı idi, bunun üçün o, kostyumda Temza çayında uzanır və düşünürdü.

584d7818bd047091448b4bec

Onore de Balzak. Dahi Balzakın qəribəliyi şəkərsiz qəhvəyə olan sevgisi idi. O, kofemanlardan  idi, gün ərzində təxminən əlli fincan tünd qəhvə içirdi. Bu ona ilhamlanmağa və işləməyə kömək edirdi, amma bu həvəs onun sağlamlığına təsir etdi. Balzak mədə ağrısından və yüksək qan təzyiqindən əziyyət çəkirdi.

file_5

Salvador Dali. İspan rəssamı əlində ağır açar və ayaqlarında metal boşqab ilə yatırdı. Yuxuya gedərkən onun əlləri zəifləyirdi və açar yerə düşürdü. O, həmin səsdən ayılırdı və məhz huşunu itirdiyi həmin son saniyələrdə yeni ideyaları yaranırdı.

---1