Əziz oxucu, bahar şəhərdə heç bir sakindən yan keçmir - mədəniyyət tədbirlərinin axını gözlənilir, Formula1 yarışmasının hazırlıqları gedir və tezliklə yasəmən ətir saçmağa başlayacaq. Hadisələrin və ətirlərin belə bir axınında sizin diqqətinizə vaxtilə çəkilmiş bir neçə romantik rəsm əsərlərini təqdim edirəm!
İlk öpüşün yaranma teoriyası öpüşənlərin rəsmləri qədər çoxdur. İlk öpüşün müəllifi müəyyən edilməyib. Bu elektrik və ya telefon kimi icad olunmayıb. Sevdiyi ilə ilk dəfə dodaqlarını birləşdirən insanın adı ilə adlanmayıb. Platonun versiyasına görə insan vaxtilə kişi və qadının bərabər hissələrindən ibarət - iki başı olan böyük şara bənzəyirdi. Onları birləşməsi yalnız bir öpüş yolu ilə baş verirdi. Vladimir Dal öpüşü belə təsvir edir: "Öpüş sevgi, dostluq, salamlaşma, hörmət və sairənin dodaqlarla ifadə vasitəsidir". Psixoloqlar öpüşməyi ən yaxşı anti-stress adlandırırlar, bəs rəssamlar? Onlar həmişə səssizdirlər! Məgər öpüş belə olmamalıdır? Sözlərlə çatdırmaq mümkün olanı inkar edən, sadəcə jestlər və hərəkətlərlə ifadə olunan hər bir şey olmamalıdır?
"Piqmalion və Qalatea" - 1890-cı ildə Fransız rəssamı Jan-Leon Jerome tərəfindən çəkilmiş bu rəsm əsəri Roma şairi Ovidiyin (Publius Ovidius Nasō) "Metamorfozalar" poemasından ilhamlanıb.
"Yataqda. Öpüş" - Henri de Tuluza-Lotrekin 1892-ci ildə çəkilmiş bu şedevrində əslində iki qadın təsvir olunub!
"Öpüş" - Klimtin 1908-ci ildə baş rolda sevgilisi Emiliya Fleqa ilə çəkilmiş ən məşhur əsəridir.
"Doğum günü" - 1915-ci il Mark Şaqalın və onun həyat yoldaşı Bellanın ayaqlarını yerdən kəsən sevgilərinin xoşbəxt ilidir!
1928-ci ildə Rene Maqritt tərəfindən çəkilmiş "Məşuqlar" əsəri. Həqiqi və məcazi mənada məhəbbətin kor olması barədə sirli hekayə.
1969-cu ildə Pikassonun çəkdiyi "Öpüş" və ya daha doğrusu sonuncu öpüş əsəri. Mavi qammalı rəsm əsərində ifadəsindən göründüyü kimi Pikasso yaşlılığı faciəvi şəkildə qarşılayırdı.