NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

ŞƏBƏKƏY@ DÜŞDÜ

Onun instagram səhifəsində abunəçilərin sayı çoxdan yüz mini keçib. Asema Musinanin intellektual bloqu nə ilə maraqlıdır? Yəqin ki, müsbət dalğada qalmağa kömək edən hər şey var: yumor, sənət və moda dünyasından xəbərlər, səyahət haqqında gözəl video və fotoşəkillər, musiqi və cəzb edici səmimi söhbətlər... Bir çoxları üçün @asema.temah bloqu darıxmağın və hüznün ən yaxşı dərmanıdır, təkrar-təkrar sübut edır ki, zövqə və həyat sevgisinə malik olan yaradıcı insan bu dünyanı az da olsa daha yaxşı, gözəl və xeyirxah etmək üçün ürəyincə olan işi tapacaq

613a0791

ÖZÜNÜZÜ  TƏQDİM EDİN.

ASEMA MUSİNA, SADƏCƏ ASEMA DEYƏ BİLƏRSİNİZ!

Heç kim TƏXMİN ETMİRDİ Kİ ...

...BAKIDA TƏXMİNƏN ON İL YAŞAMIŞAM, BAKI MƏNİM ÜÇÜN ÇOX DOĞMA ŞƏHƏRDİR

613a0811

Həyatınızın əsas BƏZƏYİ?

OĞULLARIM

Siz, ƏSLİNDƏ heç vaxt...

... KİLİMANCARО DAĞINA QALXMAMIŞAM

613a0605

UĞURLU bloqun rəhni?

SABİTLİK VƏ ÖZÜNÜ ADEKVAT DƏYƏRLƏNDİRMƏ

Dik və düz daban arasında SİZİN SEÇİMİNİZ...

... QUMDA AYAQYALIN GƏZMƏK!

613a0720

Nə vaxtsa HƏYATA keçirdiyiniz ən dəlisov İDEYA?

BÜTÜN AİLƏMİN QARŞI OLDUĞU ZAMANDA İNTERNETİN AÇIQ MƏKANINA DAXİL OLMUŞAM. BİR DƏ SƏKKİZ HƏFTƏ YARIM ƏRZİNDƏ EVLƏNMİŞƏM

TƏKRAR-TƏKRAR izləyə biləcəyiniz film?

«XAÇ ATASI», BÜTÜN TRİLOGİYANI, XÜSUSİLƏ İKİNCİ HİSSƏNİ

613a0678

Sizin rol MODELİNİZ?

100% MEHRİBAN ƏLİYEVA!

Sizin İDEAL obrazınız?

ŞORT, AĞ MAYKA, KETA

613a0859

Hansı DAHİ ilə görüşmək istərdiniz və nə SORUŞARDINIZ?

SOKRATLA.

SORUŞARDIM Kİ: "ÖLÜMDƏN SONRA ORADA VƏZİYYƏT NECƏDİR?"

İLK SEVGİNİZİN adının ilk hərfi?

ƏLİFBANIN İLK HƏRFİ KİMİ ‒ A

img_2498-1_

Bakı ilə bağlı ASSOSİASİYALARINIZ?

KƏKLİKOTU ƏTRİ, DƏNİZ KÜLƏYİ, TƏBƏSSÜM, SƏMİMİLİK, QUCAQ AÇMA, HƏR YERDƏ PARILTI VƏ GÜCLÜ KÜLƏK

PLOV və DOLMA arasında seçiminiz...

ANTREKOT VƏ QARIN QUTABI

img_2673-1_

Azərbaycan dilində öyrəndiyiniz İLK SÖZ?

QURBAN OLUM

MÜSAHİBƏ LEYLA İMANOVA FOTO XALİD ZEYNALOV, PƏRVİZ QASIMZADƏ