NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

ZEYNƏB CAHAN: Helmut Newton Fotoqrafİya Muzeyİ

Bu gün, fotoqrafiyanın dəyərini həqiqətən bilənlərə xəbər vermə tələsirəm. Günün qəhrəmanının obyektivində Elizabet Teylor və Katrin Denevdan, Linda Yevangelista və Sindi Krouforda qədər kult aktrisalar və modellər var. Onun fotolarını 60-cı illərin ən əsas kult provokatorları adlandırıblar və mən bəhsə girərəm ki, söhbətin Helmut Nyuton haqqında olduğunu təxmin etdiniz!

img_6237_1

Helmut, 1920-ci ildə Berlində yəhudi ailəsində anadan olub. 12 yaşından bəri fotoqrafiya ilə maraqlanıb, bu da onun böyükləri üçün sevindirici hal deyildi: «Atam deyirdi ki, sonum pis qurtaracaq, çünki sadəcə qızlar və foto haqqında düşünürəm».

14 yaşında ikən o, valideynlərindən gizli Berlinin aparıcı studiyalarından birində artıq fotoqraf assistenti kimi çalışırdı. Yəhudilərə qarşı nasist hücumlar səbəbi ilə bütün dünyada sürüklənən Helmut özünü 60-cı illərin əvvəlində Parisdə tapır, burada o, Fransanın VOGUE jurnalı ilə nyu janrında “Sex sells” adlı işə başlayır. «Mən elə ilk gündən Parisə aşiq oldum. Bir həftə sonra artıq şəhərdə gözü bağlı hərəkət edə bilirdim, bir il sonra isə pulum qurtardı». 

 df2bodkv4aahp1r_1

Qalmaqallı (axı çəkdikləri fotoların yarısı hələ də geniş publika üçün əlçatan deyil) alman fotoqraf haqqında bir çox məqalələr və hətta kitablar yazılıb, lakin çoxları bilmir ki, Berlinin mərkəzində onun fondu tərəfindən yaradılmış Fotoqrafiya Muzeyi yerləşir. 2003-cü ilin oktyabr ayında, ölümündən bir neçə ay öncə, Nyuton şəxsi Helmut-Newton Fondunu (HNF) - öz fotoqrafiya əsərlərinin, həmçinin həyat yoldaşı June Newtonun əsərlərinin saxlanılması və nümayiş edilməsinə həsr olunmuş bir təşkilatı yaradır. Həyat yoldaşı 70-ci illərin əvvəllərində Alice Springs təxəllüsü altında görkəmli foto seriyası yaratmışdır.

6bfe67db-d428-4318-8f6f-ae31531e846b

HNF və ya Fotoqrafiya Muzeyi dünya səviyyəli memari atmosferi ilə heyrətləndirir: Berlində keçmiş Prussiya zabit kazinosunda, Charlottenburg rayonunda (Qərbi Berlinin tarixi mərkəzi) yerləşir. Rekonstruksiya işlərindən sonra bu möhtəşəm bina 2004-cü ilin 3 iyun tarixində "Biz və Onlar" və "Seks və landşaftlar" sərgiləri ilə ictimaiyyətə açıldı. O vaxtdan təxminən 1,5 milyon ziyarətçi 1500 kvadrat metrlik bir sahədə nümayiş olunan fotolardan zövq alır.

img_6064

«Biz hamımız həyatımızın bu və ya digər anında kimisə kopyalayırıq, amma sonra yenə də öz yolumuza getməliyik». Bu gün Newton Fotoqrafiya Muzeyində onun iş studiyası yenidən yaradılıb və şəxsi əşyaları - eynək, lupa və əlbəttə ki, fotokameraları nümayiş olunur. Muzeyin ikinci mərtəbəsində Mario De Biasi "İtalyanlar çönüb baxırlar", Bruce Weberin "Milanda Bir Gün" kimi bütün dövrlərin ən unikal fotoları və ya Lilan Bassmanın portretləri qorunur. 

 5b9d67b9-1136-4d75-ad0d-b1e51d02b642

Helmut Newton Fondu sadəcə Berlində deyil, həm də xaricdə, məsələn, Budapeştdə və Hyustonda Gözəl Sənətlər Muzeyi, Milandakı Palazzo Reale və s. məşhur muzeylərdə və təşkilatlarda sərgilər təşkil edir.

Zeynəb Cahan