NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

ZEYNƏB CAHAN: MONSO PARKI

Londondakı parkları şəhərin ağ ciyəri adlandırırlar, amma Avropanın ən yaşıl şəhərlərindən biri olan Paris də heç geri qalmır! Parisin parklarını həqiqətən də landşaft sənətinin əsəri adlandırmaq olar.

Ən müxtəlif üslublar və funksional təyinatlar təqdim olunub: ingilis, fransız, dövlət, fərdi, əyləncəvi, oranjereya, heyvan parkları və bir çox digərləri. Fransız paytaxtı çox sayda turist qəbul edir, parklar isə şəhərin balansını qorumaq üçün lap yerinə düşür. 

Mən isə, oxucuları Triumf Arkasının yaxınlığında, işıq şəhərinin sağ sahilində yerləşən Monso parkına (Parc Monceau) dəvət etmək istərdim. Öz mövcudluğunu bu park fransız bağının pavilyonunu inşa etmək istəyən Şartr hersoqu Louis Philippe'yə borcludur. O vaxtdan bəri Monso parkı əsrlər əvvəl onun yerində yerləşən, hər cür struktur və memari dəyişikliklərə məruz qalan Musso kəndinin adını daşıyır. Əvvəlcə Şotlandiyalı bağban-peyzajçı onu daha çox ingilis üslubunda yaratdı. Daha sonra, İnqilab dövründə dövlət hakimiyyəti bağı kral balları təşkil etmək üçün rəqs meydançası kimi istifadə edirdi. Və yalnız 19-cu əsrin ortalarına Baron Osman, əvvəlki görünüşünü qismən bərpa edə bilmiş və onu ictimai parka çevirmişdir.

Bu gün, bura yalançı antik memari tikililəri ilə inanılmaz gözəllikdə böyük bir pavilyondur. Geniş gəzinti xiyabanı, çəmənlik və qış bağçasından savayı Monso parkı - əsl oksigen oazisidir. Yaşıllığına görə bura ilə Parisin heç bir parkı ayaqlaşa bilməz, ən azından ona görə ki, buranı Parisin əsl dəyərinə çevirən 200 illik çinar ağacı bəzəyir. Parkın bir xüsusiyyəti də, burada korinf sütunlarının surətinin olmasıdır. Sütunlar Parisin mərkəzində yerləşən bu ingilis bağını Yunan, Misir, Hollandiya və hətta Çin binalarının muzeyinə oxşadırlar.

Tək və ya uşaqlarla birlikdə gəzmək, ya da dostlarla piknik təşkil etmək; səhər qaçışı, pilates və ya şərq təkbətək döyüşü ilə məşğul olmaq - bir sözlə Monso parkı ilin istənilən fəslində hər növ məşğuliyyət üçün ideal məkandır! 8-ci dairədə yerləşən 35 Boulevard de Courcelles ünvanına gəlin.

 

Zeynəb Cahan