Amerika Kino Sənəti Akademiyası çərşənbə günü səhər Oskar mükafatının yayımı ilə bağlı təqdimatların davamiyyətini nizamlamaq (reklam arası zamanı nəzərdə tutulmamış bir sıra kateqoriyaların nümayişi), aylar boyunca davam edən mükafat mövsümünü azaltmaq (2020-ci ildən etibarən mərasimin müddətini bir neçə həftəyə qədər azaltmaq) və ən ziddiyyətlisi - uğur qazanmış filmin nailiyyətlərinə görə yeni bir kateqoriya əlavə etmək məqsədilə əsas dəyişikliklər barədə açıqlama verdi. Hərçənd, idarə şurası yeni kateqoriyanın tamaşaçıları həyəcanlandıracağına və "Diqqət, spoiler" göstəricilərini qaldıracağına ümid etsə də, Hollivud bu addımın əleyhinə çıxır. Xüsusilə Qara Panter ilində.
Sənayenin bir çox nümayəndələrinin əksəriyyəti çərşənbə günü səhər elan edilmiş bu açıqlamaya mənfi reaksiya göstərdilər və hətta Rob Lou bildirdi ki: "Bu gün film istehsalının sonu gəldi".