NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

ADİ MÖCÜZƏ

ulviyya

Əziz sevimli Nargis oxucuları, mənim bir sirrim var. Səhərləri heç yerə tələsmədən oyanmağı, rahat bir kafedə qəhvə içməyi, sehrli dünyamıza böyük vitrin pəncərələrindən baxmağı və insanları seyr etməyi çox sevirəm. Budur, valideynlər uşaqlarla gəzirlər, orada isə sevgililər əl-ələ tutaraq onlar üçün çox vacib məsələni müzakirə edirlər. Yan masada söhbət edən o iki tanımadığım insanların da yəqin ki öz hekayələri, arzuları, qorxuları, mənim bilmədiyim şəxsi həyatları və ümumi xatirələri var...

Bir dəfə məndən, ən çox nədən qorxduğumu soruşdular. Mən dərhal cavab verdim, hərçənd əvvəllər bu haqda heç düşünməmişdim. Məni başqalarını qorxudan şeylərin çoxu qorxutmur: heç vaxt dəbsiz görünməkdən qorxmamışam, "vacib insanların" mühitinə girməyə can atmamışam, maddi xoşbəxtlik arxasınca qaçmamışam, "lazım" insanların dostluğunu və sevgisini axtarmamışam... Həmişə nəticə etibarilə o qədər də vacib olmayanlara fikir vermədən yaşamağa çalışmışam. Sadəcə bir şeydən qorxuram: mənim üçün həqiqətən əhəmiyyətli olan bir şeyin bir gün adi bir şeyə çevrilməyindən! Hər zaman xatırlamaq istəyirəm, əsl möcüzə odur ki, övladın sağlamdır, anan və atan yanındadır, güvənə biləcəyin dostların var, səni səmimi olaraq sevirlər, təbiətin gözəlliyini seyr etmək üçün gözlərə sahibsən və quşların nəğməsindən zövq almaq üçün eşidə bilirsən... Qonşunun bağında nə bitdiyi vecinə deyil: sənin bağında bitən məhsuldan və öz evinin kölgəsindən zövq alırsan. Uzun möcüzə - biz özümüzük, qəlbimizdə sevgi və mərhəmət, beynimizdə - ədalət, gözlərimizdə isə - həqiqət var! O zaman gəlin hər gün, hər saat bu daxili möcüzəni itirməmək və qorumaq üçün üzərimizdə işləyək!

Ülviyyə Mahmudova, baş redaktor

Üzük, sırğa, asma Roberto Coin – PRINCESS FLOWER kolleksiyası (Glampire Jewellery Royal Collection butikləri)