Bu yaxınlarda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində gənc yazıçı Ləman Nuriyevanın ilk kitabının və fotolarının təqdimat gecəsi keçirilmişdir.
Tədbiri Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna xanım açıb. O, qonaqları salamlayaraq mərkəzin açılışı barədə məlumat verib. Daha sonra gecənin qəhrəmanı çıxış edib. O bütün qonaqlara onların gecədə iştirakı və göstərdikləri marağa görə təşəkkürünü bildirib.
Əlamətdar gecədə tanınmış alimlər və əməkdar incəsənət xadimləri iştirak ediblər.
Gecə xoş və səmimi bir atmosferdə keçib. Arzu edənlər gənc yazıçının imzası ilə müəllif kitabını əldə edə biliblər.
1 / 5
Biz Ləmana yeni yaradıcılıq ideyaları və daimi ilham arzulayırıq.
Təqdimatan videonu təqdim edirik.