Əziz oxucu! Yay sona çatır və mən ümid edirəm ki, hər biriniz doyunca istirahət etməyə macal tapmısınız və soyuq ofislərinizdən çıxıb "günəşin altında öz yerinizi" tuta bilmisiniz. Sizinlə müzakirə etmək üçün mövzular hətta istirahətdə, bu cür günəşli yerlərdə belə məni rahat buraxmırdı. Beləliklə, İtaliyanın kiçik şəhərlərindən birində olarkən mən gözlənilmədən Fiorentino villasında - nəcib bir ailənin, senyor və senyora Fiorentinonun keçmiş iqamətgahında yerləşən Fondazione Sorrento sərgi salonunu kəşf etdim.
Təkrar edib deyəcəm ki, belə bir kiçik şəhərcikdə, əhali sayına və ümumi yerləşmə yerinə görə demək olar ki, balaca bir kənddə belə bir mədəni mənbəyə təəccübləndim. Məbədlər, kilsələr, əlbəttə, başa düşülür, amma Trattorianın tinində Francis Baconun işləri ilə qarşılaşmaq - çox gözlənilməz xoş hadisə idi! Fondazione Sorrento 2016-cı ildə mədəniyyət və bədii ifadələr haqqında məlumatın artırılması, yerli ekoloji, tarixi və bədii irsin gücləndirilməsi məqsədi ilə açılmışdır. Bu yay, bu məkan rəssamın dostu Barry Jouleyə hədiyyə etdiyi rəsmlərdən və sürrealist əsərlər qrupundan, eləcə də bir neçə sənədlər, dərc olunmamış rəsmlər və şəxsi fotolardan ibarət işləri toplayaraq "Francis Baconun formalaşması" adlı sərgini təqdim edir.
100-dən çox əşyadan ibarət olan kolleksiya Sorentoya Maeda Fondunda keçirilən Picasso Muzeyindən sonra Alberto Giacometti və Henri Matisse əsərləri ilə birlikdə gəldi. Barry Joule özü vernisajda iştirak edərək qeyd etdi ki, "Mən, şübhəsiz ki, Beconun sevəcəyi bir şəhərdə, Sorrentoda olmaqdan xoşbəxtəm, axı o, 1989-cu ildə səfər zamanı artıq Neapola aşiq olmuşdu".
Becon, bildiyiniz kimi, rəsmlərdə obrazlar və janrlarla eksperimentlər aparırdı və onun noir geometrik fiqurları sərgi mərkəzinin divarları arxasında günəşli İtaliyanın əhvalı ilə böyük təzadlar yaradır. "Hesab edirəm ki, müasir insan ənənəvi darıxdırıcı formanın verə bilməyəcəyi təəssüratların həsrətindədir. O, formanın son dərəcə hamarlanmasını arzulayır. Təəssüratda fikrini cəmləşdirmək imkanının olması üçün". Francis Beconun paradoksu ondan ibarətdir ki, onu bütün dünya tənqidçiləri ötən əsrin ən qəmgin və darıxdırıcı rəssamlarından biri hesab edirlər. Eyni zamanda, onun rəsm əsərləri müasir auksionlarda satıla bilən ən bahalı əsərlərdir. 2013-cü ildə Lucian Freudun Üç tədqiqat triptixi rekord qiymətə - 142,4 milyon dollara satılıb.