Əziz, sevimli oxucularım! Sizə növbəti məktubumu yazıram, bu dəfə - jurnalın sentyabr sayının buraxılışı zamanı. Jurnal işində sentyabr buraxılışının xüsusilə vacib olduğunu bilirsinizmi? Məhz bu say ötən çap ilini yekunlaşdırır və eyni zamanda yeni mövsümü açır. Nargis redaksiyasının bütün böyük ailəsi gələn məzuniyyətə qədər sizin üçün çalışmağa və işləməyə hazır vəziyyətdə yenidən toplanıb. Yay tətillərindən sonra hamımız çoxlu güc, təəssürat və emosiyalar toplamışıq, ən əsası isə - yeni hədəflərimiz var! Mənim fikrimcə, iş kollektivi - bir növ böyük bir ailədir. Burada uğurun və ümumi işin inkişafı qarşılıqlı dəstəkdən asılıdır. Axı səylərimizin nəticələri bizim yanımızda olanlardan, dəstəkləyənlərdən (və ya dəstəkləməyənlərdən - belə də olur) asılıdır. Yaxınların sevgisi olmadan nəyəsə nail olmaq mümkün olsa da, daha çətindir...
Mən valideynlərimə təşəkkür etmək istəyirəm. İlk növbədə ona görə ki, onlar məni həmişə çox seviblər, dəstəkləyiblər və yönələndiriblər.
Həyat yoldaşıma təşəkkürümü bildirirəm. Tanışlığımızın ilk günündən o mənə asanlıqla hər şeyə nail olacağımı və ağlıma gələn hər bir şeyi həyata keçirə biləcəyimi deyir. O heç vaxt deməz ki: "Ulya, axı bu sənlik deyil!" Dediyi yalnız: "Ulya, sən unikalsan!" Axı biz əslində hamımız unikalıq, sadəcə yanımızda bizi buna inandıran insan olmalıdır!
Uşaqlarıma da təşəkkür edirəm, onlar da özlərinəməxsus məni tərbiyə edirlər - səbirli, tələbkar olmağa və ən xırda şeyə sevinməyi öyrədirlər. Və mənim sevimli Nargis komandam - ilk gündən mənimlə birlikdə olanlar, gedənlər və indi yanımda olanlar: hər biriniz bizim övladımızın bir hissəsisiniz. Sizsiz Nargis yoxdur! Axı biz hamımız bir ailəyik, ailə isə - hər hansı bir problemdən, uğursuzluqdan və mübahisələrdən daha güclü və daha yüksəkdir!
Ülviyyə Mahmudova,
Baş redaktor