Qarışıq döyüş sənəti və model biznesi ilə məşğul olan çeçen qaçqın qardaşlar. Elə gəlir ki, bu söz birləşməsi bir cümlədə heç vaxt yan-yana gələ bilməz. Lakin Düsseldorflu Dulatov qardaşlarının hekayəsi əksini sübut edir.
Cəbrayıl Dulatov 16 yaşında Gucci brendinin kəmərini almaq üçün ilk işinə başlayır. Lazımı məbləği topladıqdan sonra ən dəyərli mağazada zəhmli Cəbrayıla model agenti olan qadın yaxınlaşır və ona iş təklif edir.
"Kastinqə gəldikdə, heç vaxt dizdən yuxarı şalvar geyinməyəcəyimi bildirdim, atl paltarı haqda söhbət belə ola bilməz. Onlar razılaşdılar. Hər şey belə başladı" - o deyir.
Artıq bir aydan sonra o, Parisdə Alexander McQueen nümayişində iştirak edirdi, sonra Milan və Lanvin brendi ilə çalışma, daha sonra Gucci üçün Çində keçirilən xüsusi nümayiş.
Hazırda bütün Dulatov qardaşları moda evləri ilə işləyirlər - Cəbrayıl, Sulubbek, İslam və Tamerlan. Ən böyüyü 24, ən kiçiyi isə 18 yaşındadır.
"Dizdən yuxarı heçnə geyinməmək" qaydasına bütün qardaşlar riayət edir, özlərinin dedikləri kimi, "ilk növbədə biz çeçenik və müsəlmanıq".
Başdöndürən uğura baxmayaraq bütün qardaşlar karyeralarını bir nəfər kimi Qarışıq Döyüş Sənəti ilə bağlamaq istəyirlər. Bir də onların bir məqsədləri var: Düsseldorfda yaxın şəhərlərdən bütün çeçenlərin pulsuz məşq edə biləcəkləri idman zalı açmaq.
Mətn: Zemfira Korovina