Hər kəs Konorun döyüş tərzini müzakirə edərkən biz MakQreqorun geyim tərzi haqqında danışacağıq.
İlan naxışlı kürk
İrlandiyalı döyüşçü brendləri sevir ... Həm də çox! Jimmy Choo, Dolce & Gabbana, Gucci markalarına heyrandı… Gucci ilə ümumiyyətlə qarşılıqlı sevgiləri var və bir dəfə çəki müəyyənləşdirməyə getdiyində Konor məhz bu brendin ilan naxışlı su samuru xəzindən kürkünü geyinmişdi.
Mesaj verən kostyum
Bu sadəcə gözəl kostyum deyil, bu kostyuma diqqətlə baxmaq lazımdır. Konorun nə demək istədiyini anlayana qədər şəkli böyüdürük. MakQreqordan inciməyin, o bunu sizə demir.
Kofta? Xeyr, eşitməmişəm
Belə bir fiziki formada olduğunda, koftalara və köynəklərə ehtiyacın olmur. Çiçəkli şalvarları kifayət qədərdir. Bəs necə... Həm rahatdır, həm də göz oxşayır.
Çiçəkli şalvarlar
Bəli, irlandiyalı çiçəkləri sevir. Əgər evinizdə çiçək bitmirsə, o zaman qoy şalvarlarınızda bitsin!
Heyrətamiz idman geyimi
Parlaq, epataj, diqqət cəlb edən... Qısacası, çox gözəl idman kostyumudur.
Çempionluq kəməri
Və əlbəttə ki, Konora ən çox yaraşan aksesuar (həm fanatları belə düşünür, həm də özü) - çempionluq kəməri
Mətn: Zemfira Korovina