NARGIS
Ru En
NARGIS MAGAZINE
Culture and Art

Riyaziyyatçıdan kinooperatora qədər

Oxucum yəqin ki, Parisin bir çox yaradıcı şəxslər üçün ilham yeri olduğunu bilir. Rəssamlar, yazıçılar, musiqiçilər, daha sonra rejissorlar və fotoqraflar öz dəsti-xəttlərini tapmaq, uğur qazanmaq, təkmilləşmək və sadəcə ünsiyyətdən zövq almaq üçün bu şəhərə gəlirlər. Bugünkü həmsöhbətim də istisna deyil...

Orxan Abbasov – fotoqraf və yeri gəlmişkən, "Sonuncu Pərdə" və "Daxildəki Ada" filmlərini çəkən gənc operator 2015-ci ildə tətbiqi riyaziyyatdan marketinq sahəsində aparıcı menecerə qədər yol qət etdiyi Bakıdan Parisə təhsil almağa gedir. İnsanların öz peşələrini kökündən dəyişdirməsi və peşə təhsilinin indi gördüyü işlə tamamilə əlaqəsi olmaması, amma eyni zamanda dolayı yolla ona ciddi şəkildə kömək etməsi həmişə maraqlı olub. 

Cinematography Reel 2018 from Orkhan Abbasoff 

"Ailə səbəblərinə görə tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil oldum – belə deyək ki, bizim ailədə riyaziyyatçı irsi var. Məndə bu yaxşı alınsa da, həmişə yaradıcılıq sahəsi məni özünə cəlb edib. Marketinqlə məşğul olmağa başladım, çünki o dövrdə menecment sahəsi bir şey yaradmaq və kreativliyə azadlıq verə bilmək üçün yeganə sahə idi. Bir neçə il müxtəlif şirkətlərdə marketinq şöbəsində menecer kimi işlədikdən sonra yaradıcılıq sahəsinə keçməyə qərar verdim. Beləliklə Parisə gəlib çıxdım"

"Paris? Çünki bu, yetkinlik yaşımda gördüyüm və tanıdığım ilk şəhərdir. Təbii ki, dərhal Parisə aşiq oldum. O mənə dərhal hər üzünü göstərdi. Əzəmətli, həm də sadə, eyni zamanda təmiz və çirkli, böyük və kiçik – ilk təsuratlarım bu qədər fərqlənirdi Həmçinin Parisi ona görə seçmişdim ki, yalnız burada mənə uyğun ingilis dilində kino təhsili üzrə proqram var idi. Üstəlik, kino və fotoqrafiya burada yaranıb, heç kimə sirr deyil ki, bu şəhər ilhamla doludur”

“Mən International Film and Television School of Paris-də Master of Fine Arts proqramı üzrə təhsil almışam. Hal hazırda özümü operator və fotoqraf adlandıra bilərəm. Fotoqrafiya – operator və ya rejissor üçün təhsil prosesində məcburi kursdur. Mən portretlərlə maraqlanmağa başladım və operator fəaliyyəti ilə yanaşı bu işlə məşğul olmağa qərar verdim. Parisdə təhsildən əvvəl eksperiment çəkilişlər aparırdım, amma bu həvəskar çəkilişlər idi. Məktəb təkcə texnikanı mənimsəməyimə, qaydaları öyrənməyə deyil, həm də irəli getməyə, bu qaydaları pozmağa və öz dilimi axtarmağa kömək etdi”

Filmdə “qanun” yoxdur. Ümumi qaydalar var, ancaq öz hekayəni necə danışacağına dair bir qayda yoxdur"

"THE BIRTH" fashion film | SCHANDANI | Paris from Orkhan Abbasoff 

"Həm fotoqrafiya, həm də operatorluq işi - hekayənin həm dili, həm də formasıdır. Çəkiliş edərkən və foto çəkərək özümü tamaşaçıların duyğularının manipulyatoru olaraq görürəm. Axı, hekayənin özündən əlavə, hər hansı bir sənətdə izləyicinin duyğularını idarə etmək vacibdir”

“Fotoqrafiya çətin bir işdir. Foto vasitəsilə qəhrəmanın hekayəsini çatdırmaq daha çətindir, nəinki filmdə. Tamamilə riyazi olaraq, filmdə saniyədə 24 kadr, fotoqrafiyada isə – yalnız bir kadr var"

"Fotoqrafiya və filmi müqayisə edərək deyə bilərik ki, fotoqrafiya – sadəcə sənin və fotoqrafın olduğu məhrəm hekayədir. Yəni, həm rejisor, həm hekayəçi bir simada. Film çəkilişləri – rejissor və ya operatorun nəinki müəllif kimi çıxış etdikləri, həm də montajçının da hekayəçi kimi çıxış etdiyi kollaborasiyadır, genişmiqyaslı bir prosesdir – anlayırsınız?"

"Kinoda mənim üçün böyük bir sınaq rejissorla tandem tapmaq, onunla eyni düşüncədə olmaqdır. Gördüklərimiz üst-üstə düşməlidir və ümumi səylərimiz inkişaf etmiş bir şeyə çevrilməlidir. Belə bir metafizika tandemi nadir hallarda əldə edilir. Məsələn, Emil Quliyevlə savaşa-savaşa nəticə əldə etmişdiksə, Ru Həsənovla isə belə bir tandem alınmışdı”

"Görünüşünü olduğu kimi qəbul edən və sənə tamamilə güvənən bir insan tapmaq asan deyil. Onu rakurs, kadrın böyüklüyü maraqlandırmır. O, sənə estetik etüd deyil, hekayənin alınması üçün rejissorluk etməyə imkan verir. Ona görə də, fotosunu çəkdiyim insanların sifətlərini yox, simalarını çəkmək üçün onlarda şəxsiyyət, xarizma, qəribəlik, müəyyən dərəcədə tarazsızlıq və psixoloji problemlər axtarıram"

“Ən ideal günüm çəkiliş meydançasına yeni təəssüratlarla gəlməyim üçün qeyri-adi bir yerdə başlaya bilər. Həm dahi müəlifin, həm istedadlı aktyorların, həm rəssamların olduğu ideal bir kollektivdə işləmək... Çox yaxşı stres istərdim – məhsuldar kreativ prosesi yaradan məsələlər və onların həlli kimi… Çəkilişin sonunda tamamilə yorulmaq, günün bir ömür qədər uzun

Zeynəb Jahan