Bu gün onun 79 yaşı ola bilərdi. Aida İmanqquliyeva haqqında maraqlı faktları oxuyuruq.
Onun atası tanınmış jurnalist, müəllim və əməkdar elm xadimi Nasir İmanquliyevdir.
Aida xanım Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edən ilk qadındır.
O, 3 monoqrafiya və 70 elmi məqalənin müəllifidir.
Aida İmanquliyeva 28 yaşında Moskvada namizədlik dissertasiyasını müdafiə etdi.
1970-ci illərin sonunda o Livan yazıçısı Mixail Nuaymenin povestlərini ərəb dilindən rus dilinə tərcümə etmişdir.
Dünyanın bir çox şəhərlərində Şərq problemləri ilə əlaqədar mühazirə ilə çıxış edib.
BDU-nun Şərqşünaslıq fakültəsinin ən yaxşı tələbələrindən birinə hələ də Aida İmanquliyevanın adını daşıyan təqaüd verilir.