NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Leyla Gencer

10 oktyabr 1928-ci ildə İstanbul yaxınlığında Polonezköydə Ayşe Leyla Çeyrekgil anadan olmuşdur. Anası Litva aristokratı, atası Türk iş adamı olan Leyla inanılmaz səsə malik idi - onun vokal imkanları, yeri gəlmişkən konservatoriyadan sonra itirdiyi "fa" notasının üçüncü oktavasına çatırdı. Balaca qız musiqi təhsili alır, bir neçə il İstanbulda çıxış edir, 1953-cü ildə isə San-Karlo neopolitan teatrında Pietro Mascagninin "Kənd namusu" operasında Santutsa partiyasında ilk dəfə çıxış edir. Maria Callas La Scala'nın birinci heyətində çıxış edərkən, o ikincisində ifa edirdi... Növbəti 30 ilini o İtaliyada keçirəcək və Leyla Gencer La Diva Turca (Türk Divası), "XX əsrin sonuncu opera divası" kimi məşhurlaşacaq.

Gluck, Mosart, Monteverdi, Çaykovski, Puççini, Prokofyev, Britten, Weber, Weinbergerin əsərlərindən ibarət 70 dən çox  partiyalar olan geniş repertuarına baxmayaraq, o demək olardı ki, peşəkar kommersiya səsyazmaları yazdırmırdı. Leyla Gencer Rossininin "Elizabet, İngiltərə Kraliçası" yaxud Antonio Smarellanın "Güvə" kimi nadir hallarda ifa edilən operalara yeni həyat verirdi. Musiqisində özünün xüsusilə rahat hiss etdiyi Gaetano Donizettinin əsərlərini interpretasiya edirdi.

Səsinin geniş diapazonu sayəsində Leyla Gencer həm lirik, həm də dramatik partiyaları eyni dərəcədə gözəl şəkildə səsləndirirdi. Dramatik partiyalar zamanla daha da çox olurdu. Lirik səsi vaxt keçdikcə daha da həcmli oldu və dərinləşdi. O, bir çox üslub və ifalarla eksperimentlər aparırdı və XIX əsrin repertuarı ona mükəmməl şəkildə uyğun olduğu nəticəsinə gəldi. Bellini, Rossini, Donizetti əsərlərini o eynilə yazıldığı kimi - piano və pianissimo kimi səsləndirirdi, halbuki o vaxtlar forte səsi ilə ifa olunurdu.

"Əgər piano səsi ilə ifa edirsinizsə, səs forte ifasındakı oberton tonunun qorumalıdır. Səs hətta Arena di Verona kimi məkanda ifa etdiyinizdə belə rəngini dəyişməməlidir. Əgər obertonlar eynidirsə, o zaman sizin yumşaq ifanız orkestrdan daha güclü çıxacaq və məkanda səslənəcək. Əgər siz pianonu düzgün şəkildə ifa edirsinizsə, sizin səsiniz hətta Arena di Veronada eşidiləcək. Pianissimodakı vurğulanan nota fortedən daha yaxşı  səslənəcək. Mən bunu öz təcrübəmdən bilirəm. Görürsünüz, mən zamanı qabaqlamışdım, XIX əsrdəki kimi ifa edirdim." - o bildirmişdi.

Çox vaxt o, "Ladi Maqbet" kimi dramatik partiyaları ifa edirdi. Bəzən onun üçün "güclü" repertuar ifa edərək səsini sürətləndirirdi. Amma Leyla Gencer müsahibəsində birdirmişdi ki, səsi sürətləndirmək yaxşı deyil. Bu, onun və karyera qurmağa tələsərək hər cür materialı üzərlərinə götürüb bir neçə ilə səslərini itirən gənc ifaçılar arasındakı əsas fərqdir. Leyla Gencer 40 il ifa edib. Qərb ifaçılıq şablonu ilə "pozulmayan" sənətçi yalnız öz musiqi duyğusuna əsaslanırdı - kolleqalarının anlamadığı zərif piano səsi, partituraya yaxınlığını elə buna görə idi.

Leyla deyərdi: "Mən musiqini öz anlayışıma uyğun səsləndirirdim. Mənim həmkarlarım verizm dövründə böyümüşdülər və düşünürdülər ki, həmişə forte oxumaq lazımdır... Partiturada pianissimo varsa, mən pianissimo oxuyurdum. Və onlar qərara gəldilər ki, mənim səsim kiçikdir... əslində mənim həmin vaxtda olan səsim sonralar dəbə gəldi." Onun səsi dəyişirdi və o, repertuarını da dəyişirdi – beləliklə, uzun illər ərzində "mi" ilə oxuyan Leyla 1959-cu ildə Prokofyevin "Alov mələyi"ndən sonra “Aid”də üçüncü oktavada həmin “do”nu ifa etməyin onun üçün çətin olduğunu anladı. Və onu repertuarından çıxardı.

1983-1988-ci illərdə "Türk Divası" bir vaxtlar çıxış etməyi özünə məqsəd qoyduğu əfsanəvi La Scala Teatrında Opera ifaçıları Akademiyasına rəhbərlik etmişdir. O, opera musiqisi tarixinə bir çox klassik əsərlərə yenidən həyat verən tədqiqatçı və müəllim kimi daxil olmuşdur. 10 il əvvəl 2008-ci ildə o, dünyasını dəyişdi. Leyla Gencerin külü öz vəsiyyətinə əsasən Bosfor sularına səpələndi.

 

Mətn: Sona Nəsibova