Karl Lagerfeld bir yerdə durmur. Dizaynerin çiyinlərində saysız kollaborasiyaların yükü var, yalnız bir neçə gün əvvəl Chanel üçün təşkil etdiyi son şousu bitib, o isə artıq ilk heykəltəraşlıq sərgisini açmağa hazırlaşır. Ekspozisiya Architectures adlanır və oktyabrın 19-da Parisdəki Carpenters Workshop Gallery-də sərgilənəcək.
Eksklüziv funksional heykəllərin bu ansamblının - geridon, masa, konsol, fontan və aynalarda - antiklik havası var. Məhz bu dövrdə Lagerfeld yaranmış gözəlliyin, mədəniyyətin və bütün müasirliyimizin mənbəyini axtarır.
Ağ-qara artitektonik dizaynın əsasında orderli klassikanın müasirliklə vəhdəti dayanır - qədim miflər müasir nağılda.
Hər bir heykəl diqqətlə seçilmiş mərmər blokundan oyulmuşdur: burada nadir Arabescato Fantastico, 30 ildən çox işlənməmiş, tünd-boz damarcıqları olan kəskin ağ mərmər və fırça ilə çəkilmiş cizgilərə bənzər südlü damarcıqları olan Nero Marquina qara mərmər görmək olar.
Mərmərin hər bir çaları üçün səkkiz nümunə və dörd müəllif nüsxəsi məhdudiyyəti qoyulub. Bütün bu heykəllər Beyrutlu memar Alina Asmar d'Ammanın rəhbərliyi altında İtalyan sənətkarları tərəfindən oyulmuş, forma verilmiş və cilalanmışdır.
Seyrək gündüz işığı və əl ilə rənglənmiş lampalar, dekorativ sənətin ənənəvi üsullarını əyani olaraq nümayiş etdirərəq xüsusi effekt yaradır. Müxtəlif insanların istedad birləşimi bir art-məkanda bu cür görünür. Sərgini 22 dekabr tarixindən etibarən ziyarət etmək olar.