NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

RUHUN İMPROVİZİ

23 yaşli Isfar Sarabski – caz pianoçusu, prezident təqaüdçüsü, Azərbaycan Respublikasinin əməkdar artistidir. Isfarin adi Azərbaycan prezidentinin fərmani ilə Azərbaycanin gənc istedadlarinin "Qizil kitabina" daxil edilib.

Uşaq vaxtı top dalınca qaçmağı xəyal etdiyinə inanmaq çətindir. Amma onu PlayStation oynarkən görəndə  daxilində oyunçu olduğu anlaşılır! Onun pianonun monoxrom kətanında heykəltəraşa layiq pərvaz edən əllərini seyr edərkən bütün azartın nəyə yönəldiyini anlayırsan. Yaxın dostlarından onun əl yumaq düşkünlüyünü öyrəndikdən sonra isə qeyri-ixtiyari çaşıb qalırsan: bu vərdiş nə qədər simvolikdir! Dünya yaranığı gündən su ilə əzizlənib sakitləşdirilir... Lakin su ilə onun istedadının alovlarını söndürmək olmaz. İstedad kiməsə "yapışır", kimdəsə artır, kimdəsə zəifləyir. İsfarda isə istedad onun genetik koduna qazınıb və valideynlərinin səyi ilə genişləndirilib.

ХIХ əsrin sonunda Sarabski soyadı Azərbaycan teatrının səhnəsində M.F.Axundovun pyeslərinin aktyoru kimi parlayırdı, daha sonra İsfarın ulu babası, Azərbaycan mədəniyyətinin görkəmli xadimi Hüseynqulu Rzayevin təxəllüsü kimi tanındı. Bu gün, XXI əsrin başlanğıcında Sarabski soyadı yeni bir şəkildə səsləndi, sadəcə varislik mirası deyil, həm də mədəni miras olduğunu göstərərək.

Söhbətə "Toulon"  Montreux festivalında qalibiyyətindən sonra səndə baş verən dəyişikliklərdən başlamaq istəyirəm. Sən oraya olduqca gənc, olduqca istedadlı, olduqca perspektivli, amma bütün yeniliklərdən gizlənərək zirehlənmiş kimi getmişdin. Amma qayıtdığında başında nəinki qalibiyyət çələngi var idi, həm də gözlərindən od püskürürdü. Sənin triumfun, sənin parlaq çıxışın, birinci yer tutmağın - sanki səni alışdığın kökdən dartıb çıxardı. Səndə inanılmaz dəyişikliklər baş verdi: yeni imic, uzun dağınıq saçlar, görünməmiş yaradıcılıq drayvı. Sənə o zaman nə olmuşdu?

Mənə elə gəlir ki, sadəcə tamamilə müsabiqəyə hazırlaşmaq üçün toparlanmışdım. Mənim müəyyən məqsədim var idi – daxili tələblərimə uyğun çıxış etmək. Dəyişikliklər məqsədli baş verməmişdi, sadəcə böyüməyimin nəticəsi idi. Bu heç də musiqi, qalibiyyət və ya məğlubiyyətlə əlaqəli deyildi.  Bu özünü sınama, yeni ciddi yüksəlişi mənimsəmək anı idi.  

Bəs bu necə baş verdi?

Demək çətindir… Dayanmadan həm tamaşaçılara, həm də mənə maraqlı olan formanın axtarışında olmaq… Sonra təbriklərlə dolu eyforiya. Və özünü qəflətən doğulduğun andan can atdığın zirvədə hiss edirsən. Məqsədə çatılıb, yol qət edilib, zirvə fəth edilib – bəs sonra? 

1

Boşluq, son hədd, məqsədin olmaması?

Bəli. Özünü əla pianoçu olaraq qəbul edirsən, amma dərk edirsən ki, sən sadəcə yolun başında kiçik bir addım atmısan.

Kiçik addım?! Bu nə təvazökarlıq apofezdir?

Ətrafdakılar üçün bu böyük bir ciddi işdir, mənim üçün isə... Vaxt vardı, olduqca xoş olan təbrikləri qəbul edərək, amma gələcək fəaliyyətimlə bağlı tamamilə çaşqın, tərki-dünya halında bir neçə ay evdən çıxmadım. Mənəvi dünyamda demək olar ki, istiqamətimi itirmişdim və bilmirdim hansı tərəfə gedim!

Düşünürən ki, sən subyektiv və obyektiv qavrayışın qarşıdurmasını dərk edirsən. Ortaq məxrəcə gəlmək üçün nəyi rəhbər tuturdun?  

Mənim reseptim çox sadədir: mən özümə sadiq qalmağa və publikaya yaxın olmağa çalışıram. Sadəcə seçilmişlərə aydın olan ev tapşırığı ilə səhnəyə çıxanlardan deyiləm. Əgər bu cızma-qara ilə müsabiqədə iştirak etsən, kriteriyalara, standartlara, formalara uyğun gəlməyərək gülünc vəziyyətə düşməyi risk alırsan. Buna görə də mən həm publikanın, həm də özümün xoşuna gəlmək istəmişəm.  

Sənin Montreuxdakı qələbəndən sonrakı dövrü böyümə mərhələsi, gənclikdən kişiləşməyə keçid adlandırmaq olar?  

Açığı, iddia edə bilmərəm ki, bu baş verib və ya indi baş verir. Mənə nə olduğunu analiz etmək çətindir. Montredən sonra gələn şöhrət, məşhurluq - bütün bunlar qürurlandırır, amma mənim hissiyyatım heç bir şəkildə müsabiqə ilə əlaqəli deyil. Mənim mənəviyyatımın inkişafı və musiqi yaradıcılığım başqa-başqa orbitlərdə hərəkət edirlər.  

Sənin ifanı kənardan dinlədikdə sənin transa girdiyin və yaradıcı ekstazda başqa aləmə qərq olduğun hissi yaranır. Bizim, sənin dinləyicilərinin qaldığı reallığın o biri tərəfində nə var? Yoxsa bu sənin məharətlə ifa etdiyin aktyorluq oyunudur?

Ya mahir ifa, ya da şayiələrdəki kimi narkotikdən asılılıq sindromu…

İlk dəfə belə bir şey eşidirəm!

Mənə bir neçə dəfə yaxınlaşıb deyirdilər: «Balaca oğlan belə ifa edə bilməz, burada nəsə var…» Bunu eşitmək heç xoş deyil, çünki mən qeyri-adekvat çıxış etdiyimi düşünmürəm, baxmayaraq ki, bir çoxları artıq məni narkomanlar sırasına aid edərək gəncliyimi və istedadımı məhv etdiyimi deyirlər.

Bəs sənin daxili vəziyyətin çıxışına necə  təsir göstərir?  Axı sən həmişə aktiv vəziyyətə olmursan, ən lazımlı anda depressiyaya, melanxoliyaya, həvəssizliyə düşə bilərsən… Belə bir əhval sənə səhnəyə çıxmağa mane olmur?  

Özünü yaxşı və ya pis hiss edirsən, fərq etməz, çıxıb ifa etməlisən – boğazında düyümlə, qəlbində ağrı ilə.

Əlbəttə, sonra özümü dinlədikdə anlayıram ki, bütün hiss etdiklərim ifamda iz buraxıb.

4e

Bəs yaradıcı düşüşün öhdəsindən necə gəlirsən, əgər müqavilə üzrə razılaşmanı yerinə yetirmək, konsertlərdə çıxış etmək lazımdırsa?

Karyerama gəldikdə, elə bir an olmayıb ki, mən nədənsə qurtulmaq istəyim.

Deməli sən məsuliyyətli birisən?

Yox…

Amma müsahibəyə gecikmədin, vaxtında gəldin.

Bəzən  cədvələ uyğunlaşmaq alınır. Bilirəm, belə etmək olmaz, amma bəzən qeyri-ixtiyarı alınır. Mən özünü gözlətməkdən zövq alan insanlardan deyiləm.

Bu yaxınlarda Elnur Hüseynov ilə («Eurovizion 2008» müsabiqəsində Azərbaycanı təmsil etmiş estrada müğənnisi) konsertiniz keçirildi. Zəhmət olmasa, bu konsert barədə danış və təəssüratlarını paylaş. Müsabiqə və qeyri-kommersiya layihələri kimi müxtəlif formatlarda ifa etməkdən aldığın təəssürat nə qədər fərqlənir?

Konsert proqramı ilə müsabiqədə çıxış etməyi müqayisə etmək olmaz, olduqca fərqli şeylərdir. Müsabiqədə sənin hədəf kütlən - münsiflər heyətidir, məhz onlara təsir göstərməlisən. Və bunda müsabiqə formatının bir növ məhdudluğu var: sən məhdudiyyətləri arxanda buraxıb azad improvizə edə bilməzsən. Öz layihəni hazırlamaq qat-qat xoşdur. Elnurla konsert vermək – bizim çoxdankı arzumuz idi. Bu layihəni dörd ildir ki hazırlayırdıq. Bu asan iş deyildi.

DAXİLİ TƏLƏBATLARIMDAN BİRİ – DAİM YÜKSƏKLİKDƏ OLMAQ, ÖZ SƏVİYYƏMİ QORUMAQ VƏ İNKİŞAF ETMƏYƏ DAVAM ETMƏK. 

Bunu  caz adlandırmaq və ümumiyyətlə layihə üzərində çalışarkən yaranan musiqini necəsə fərqləndirmək  çətindir.  O özündə həm klassikanı, həm də pop musiqisini birləşdirir. Nəticədə hər şey maraqlı və özünəməxsus alındı. Düşündüyümüzü səhnələşdirmək asan deyildi. Rəqqaslar, xoreoqrafiya, rəqslərin quruluşu – bu formatda heç vaxt işləməmişdim.  Kompozisiyalarla, aranjımanla mən məşğul olurdum və mənim üçün hər şey yeni və maraqlı idi. Nəticəni dəyərləndirərsək, hesab edirəm ki,  düşündüyümüzün bir çox hissəsini həyata keçirməyi bacardıq.

3w

Yaradıcı insanlar ilham alovunu müxtəlif yollarla əldə edirlər. Sənin vasitən nədir? Cavan, aşiq və emosiyalarla dolu?

Olduqca maraqlı sualdır… Musiqiyə hər şey ilhamlandırır və bunun üçün aşiq olmaq vacib deyil. Qeyd etmək lazımdır ki, mən çox pis  tələbə olmuşam, davamiyyət baxımından acınacaqlı disiplinim var idi. Yuxarı siniflərdə musiqi hər şeyin önünə keçdi, mən çətinliklə ətrafda baş verənləri dərk edirdim. Bir dəfə  oxuduğum konservatoriyanın dəhlizində bir insana rast gəldim.  Onun özünə güc gələrək yürüyüşünü seyr edirdim, çünki onun ayaqlarında problem vardı. Və o məni xüsusi energetikası ilə bürüdü. Onun üzü, topallamağı məni heyran etdi. Bu cür təəssüratlar səni emosiyalarla doldurur və ifanı zənginləşdirir.

Görürəm ki, musiqi akademiyasında sən suallardan yayınmağı öyrənmisən…

Mən sadəcə demək istəyirəm ki, yaradıcılıqda yalnız öz qazanında qaynamaq mümkün deyil.

Erroll Garner deyib ki, «ətrafda bütün eşitdiyi səsləri ifa edir» …

Şübhəsiz. Və sözsüz ki, ən güclü emosiya yüklənməsi ən yaxın insanın yanında olur. 

Bir növ minalanmış sahədə gəzinti kimi?

Bəli, heç vaxt nəyə basacağını bilmirsən.  Baxmayaraq ki, xaraktercə sakit biriyəm, amma duyğu burulğanına düşəndə olub-bitənləri dərk etmirəm.

Qısqanclıq şeytanı tez-tez qəlbini zəhərləyir?

Cavab verməkdə çətinlik çəkirəm...

Yəqin zidd ünsürə məxsus olan qadın səni cəlb edir. Əgər sən buzsansa, alova can atırsan, elə deyilmi?  

Mənim maraqlarımın mexanizmini anlatmaq mümkün deyil, həm də xarakterim belə çətin ikən. Bəzən elə olur ki, öz istəklərimdə ikiyə bölünürəm. Amma buna rəğmən, mən dözülməz biri olduğumu düşünmürəm, çünki münasibətlər nə qədər çətin olsa da, mənəvi əlaqə hər şeyin öhdəsindən gəlir.  

3

Mənəviyyatı başa düşdük, bəs xarici görünüş?

Mənim üçün əsas gigiyenaya riayət etməkdir.

Bəs geyim seçimi? Brend xəstəliyin varmı?

Belə bir günahım olub, etiraf edirəm. Lakin bu tamahkarlıq daxili mənimi dərk etməyimlə yox oldu, üzərində Çin və ya İtaliyan geyimin olması ikinci məsələdir.

Son olaraq çağırış-sual: bizim musiqi cəmiyyətimizdə istedadlı və uğurlu musiqiçi çox vaxt öz tavanına qədər yol qət edir, o, müəyyən yüksəkliklərə çatır və bundan sonra irəliləməsi mümkün deyil. Öz tamahına üstün gəlməyə hazırsanmı və özünü on il sonra harada görürsən?

Heç kim səhvlərdən sığortalanmayıb, amma daxili tələbatlarımdan biri daim yüksəklikdə olmaq, səviyyəmi qorumaq və inkişaf etməyə davam etməkdir.

Bugünkü gündə sən, İsfar Sarabski, özünü xoşbəxt biri hesab edirsən?

Tamamilə!

 

MÜSAHİBƏ KÖNÜL NAĞIYEVA

FOTO SİTARƏ İBRAHİMOVA