NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

AYSEL AĞAYEVA-MİRZOYEVA

Bloqer Aysel Ağayeva-Mirzoyeva qızlara gözəl geyinməyi, rəngləri və fakturanı düzgün uyğunlaşdırmağı, layfhakları və şən əhvalı paylaşmağı öyrədir. Parlaq obrazlar, səyahətlərdən rəngarəng fotolar və göz qamaşdırıcı təbəssüm – Instagram-da uğurun və sevilməyin açarıdır. Ayseldən onun vərdişləri və üstünlük verdikləri barədə soruşduq.

1. Özünüzü necə təqdim edirsiniz?

Kim olduğum vacib deyil. Əsas bu dünyaya özümdən sonra nə qoyacağımdır.

2. Sağlam həyat tərzinin əsas qaydalarına riayət edirsiniz:

a) idman

b) düzgün qidalanma

c) gündə 2 litr və ya daha çox su içmək?

Mən pilateslə məşğul oluram və evdə telefon proqramı vasitəsilə özüm məşq edirəm. Fastfud yeməklərindən qaçıb sağlam qidalanmağa çalışıram, acı və çox duzlu yeməklər yemirəm. Açığı bu səylərimdə fanatik deyiləm, səyahət edərkən istənilən yerli yeməyin dadına baxıram, bəzən özümə şirniyyat da yeməyə izn verirəm. Maye çox içirəm, su termosum demək olar ki, həmişə çantamdadır. Amma çaydan imtina edə bilmirəm, onu həddindən artıq çox sevirəm.

3. Çəkinizdən, bədən quruluşunuzdan, xarici görünüşünüzdən razısınız?

Miniatür qadınları, həmçinin də özümü çox sevirəm. Boyumla bağlı heç vaxt kompleks yaşamamışam. Mənə elə gəlir ki, qız zərif olduqda çox sevimli görünür. Mənim boyumu qısaca "kepka ilə bir metr" adlandırmaq olar (1.62). Ümumi olaraq bədən quruluşumdan məmnunam, sadəcə oğlum doğulduqdan sonra yediyim ləzzətli təamlar çox vaxt xaincəsinə qarın bölgəmdə toplanırlar. Buna görə idmana həmişə vaxt ayırıram.

4. Qadınların və kişilərin görünüşündə ilk növbədə nəyə diqqət yetirirsiniz?

Qadınlarda həmişə dəri və saçın vəziyyətinə baxıram. İdeal bədən quruluşuna sahib olmamaq və gözəl doğulmamaq olar, amma dərinin, saçların və dırnaqların baxımsız olması artıq şüurlu bir seçimdir. Kişilərin görünüşündə yəqin ki, ümumi baxımlılığa diqqət edirəm – səliqəli kəsilmiş dırnaqlar, yaxşı dişlər, təmiz dəri.

5. Özünüzü onlarsız təsəvvür edə bilmədiyiniz üç gözəllik məhsulu:

Arqan yağı, saç maskası və yağ əsaslı makiyaj təmizləyicisidir.

6. Gözəl bədən və sağlamlıq üçün imtina etməkdə çətinlik çəkdiyiniz məhsul hansıdır?

Qızardılmış yeməklər. Necə deyərlər, bütün dadlı yeməklər çox zərərlidir.

7. Gündə neçə saat yatırsınız?

7-8 saat yatmağa çalışıram, çox nadir hallarda bundan az yatıram. Əgər iş çoxdursa, ya da səyahət edirəmsə.

8. Rahatlaşmağın ən düzgün yolu?

Musiqi və masaj. Mən spa proseduralarını çox sevirəm.

9. Gözəllik yolunda əsas düşmən...

Tənbəllik. Bir çox qızlar saçlarına maska çəkməyə, kosmetikanı silməyə, gündə 2-3 hərəkət etməyə tənbəllik edirlər.

10. Sizin həyat kredonuz?

«Mən hər şeyi bacararam»!

 

Nigar Məhərrəmova