NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

BAŞ REDAKTORUN GÜNDƏLİKLƏRİ

Yeni rubrikada "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova gördükləri və eşitdikləri barədə ən yaddaqalan təəssüratlarından danışıb. Bu gün o, bu yaxınlarda Xorvatiya və Monteneqroya son səfəri zamanı çəkdiyi şəkilləri bizimlə paylaşır.

1. Monteneqroda ilk foto.

1image111

asda2image
2. Nəhayət, Hvar adasına çatdım. Otel əvvəlcədən sifariş edilməmişdi, heç yerdə boş nömrə yox idi, amma yenə də xoşbəxtlikdən, yer tapa bildim. Buradan bərələr tez-tez keçmir, məsələn, Korcula adasından bura 2 saatlıq yoldur - buna görə də yaxşı olardı kı, səfərinizi əvvəlcədən planlaşdırasınız.

asaнimage
3. Dubrovnik, Xorvatiya. Dəzgahdan 20 avroya aldığım əl işi boyunbağı. Belə bir parlaq aksent tünd kokteyl libasını çox gözəl tamamlayacaq.

12
4. İlk dəfə dəniz ilbizinin dadına baxıram. Dubrovnikdən Hvara gedərkən dəniz ilbizinə qonaq edən balıqçı ilə rastlaşdım. Qəribə hisslər idi. Daha sonra bir restoranda dəniz ilbizi sifariş etdim, amma birinci yediyim kimi dadlı deyildi.

123
5. Dubrovnikdə qayıq kirayə götürdüm və 2,5 saata Marco Polonun vətəninə, anasının dəfn edildiyi yerə - Korcula adasına çatdım. Kiçik dar bir məkandan ibarət ev-muzeyini ziyarət etdim.

17image

1234image

6. Bu ornamentə hər yerdə rast gəlmək mümkündür, hətta geyimlərdə də.

123455image copy
7. Monteneqro, köhnə şəhər Budva. Mənim diqqətimi bu plakat çəkdi: onda əks olunan gözlər daima sənə yönəlib. Amma mən çıxış yolu tapdım və "gözlərin altında" dayandım.

eyes
8. Adriatik dənizində ehtiyatlı olmaq lazımdır, çünki dəniz kirpisi ilə rastlaşa bilərsiniz. Amma mən bu tikanlı heyvanla tez-tez Bodrumda rastlaşdığım üçün onlara qarşı xüsusi bir yanaşmam var.
Mənim də aid olduğum dağa dırmaşma həvəskarları, yaxşı olardı rezin ayaqqabı əldə edəsiniz.

123456
9. Və nəhayət evimdəyəm, doğma nəşriyyat evində!

3
Ülviyyə Mahmudova