NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

HƏR ŞEY DARTINA BİLƏR!

Klassik gimnastika məktəbinin məzunu heç vaxt eksperimentlərdən qorxmayıb. Samira Azərbaycanlı köklərə malikdir, Piterdə anadan olub, daimi isə Amerikada məskunlaşır. Samira Mustafayeva FİG-in versiyasına görə dünya səviyyəli gimnastdir. Öncə Azərbaycan milli komandasının, daha sonra Rusiya milli komandasının tərkibində çıxış edib. İdman karyerasını tamamladıqdan sonra Samira bizneslə məşğul olmağa başlayıb – bu gün o, Rusiyanın paytaxtında populyar SM Stretching studiyalar şəbəkəsinin sahibidir.

img_9227_copy

– Hər birimiz ömrümüzü bir işə həsr edib sonra onu buraxdıqda bir boşluqla qarşılaşa bilərik. Həvəssizlik, qəmginlik hissi yarana bilər. İstirahət etdiyin zaman "yenidən yüklənirsən", çox şeyi yenidən gözdən keçirirsən. Bir gün sənin ikinci nəfəsin açılır, bilmədiyin yerdən motivasiya yaranır, özünün üstün versiyası olmağı istəyirsən.

– Mütləq rəqiblərim olmalıdır. Onlar olduqda hər şeyi daha diqqətlə düşünməyə, daha sürətli və bir addım irəlidə olmağa çalışırsan. Sənin yardımınla xəyallarına nail olanların gözlə görünən nəticələrindən daha yaxşı nə ola bilər ki? Onların gözündə minnətdarlıq hissini görmək xoşbəxtlikdir!

– Bizim studiyamızın "Hər şey dartına bilər!" şüarı çox böyük məna daşıyır. Amma yolun ən başında mənim motivasiyam yalnız burgerlər idi!

img_8732_copy

– Yaşadığım hər bir şey məndə müxtəlif emosiyalar, təəssüratlar, faydalı təcrübə, yaddaqalan xatirələr, unudulmaz səyahətlər, qələbələr və məğlubiyyətlər buraxıb... Hər bir addımım üçün taleyimə minnətdaram! Mənim öz hekayəm var və bu başqalarının hekayəsindən fərqlənir.

– Məndən tez-tez soruşurlar: tam zəmanəti olmayan gələcək zəfərlər üçün övladımızın uşaqlığını qurban verməyə dəyərmi? Və hər dəfə eyni cavabı verirəm: dəyər, hətta bu yol asan yol olmasa da! Ancaq bir şərtlə ki, valideynlər də özlərini fəda etməyə hazır olsunlar. Mənim valideynlərim hazır idi.

– Anam daim həyəcanlanan biridir. Mən heç vaxt müstəqil olmamışam. İdmanla məşğul olduğumda mənim yerimə hər şeyin qərar verilirdiyi bir bazada yaşayırdım. Əlbəttə ki, öz işimi açdığım zaman anam narahat idi. Məni qürurlandıran sözləri ondan eşitmək üçün altı ay lazım oldu. Anam nəhayət başa düşdü ki: balaca qızı böyüyüb, və SM Stretching "oyuncaq" deyil!

img_8864_copy

- Bir nеçə nəfərdən ibarət qrupla ilk stretçinq dərsimi keçirdiyim kiçik zirzəmidən biz studiya şəbəkəsinə qədər böyüdük, hazırda bu studiyalarda üç istiqamət təqdim edirəm! Həmişə trendləri izləyirəm. Yeri gəlmişkən, bu yay, hər həftə sonu biz Avropanın ən yüksək nöqtəsində möhtəşəm məşqlər keçirdik!

– Həyatımı bədii gimnastikasız təsəvvür etmirəm - özümü başqa bir şeydə sınamağa cəsarət belə edə bilmədim. Uşaqları yetişdirməyə başladım, ancaq məni nəsə sıxırdı. Daha sonra həyat yoldaşımla birlikdə öz işimizi qurmağa qərar verdik, adını da SM Stretching qoyduq. Əvvəlcə hər şey planlaşdırdığımız kimi getmədi, hamının düşündüyü kimi hər şey yolunda deyildi, amma biz bacardıq...

img_9039_copy

– Biz çox dolu bir həyat yaşayırıq: daim insanlarla ünsiyyətdə oluruq, təlimlər, görüşlər, toplantılar keçiririk, çəkilişlərdə iştirak edirik, müsahibələr veririk... Bəli, belə bir işimiz var və biz onu çox sevirik!

– Mən bu fikirlə razıyam ki, şans hər kəsə, hətta bir neçə dəfə verilir. İnsan özü özünə deməlidir: "Bəsdir, əlimdən gələn hər şeyi etməyə çalışdım və etdim". Əvvəlcə yoldaşım restoran biznesi ilə məşğul olmağı planlaşdırırdı, ancaq şərtlər belə idi ki, o fikirdən imtina etdi və başqa bir sahədə iş açmaq istəyində məni dəstəklədi.

– Elə o vaxtı SM Stretching studiyasını yaratmağa başladıq. Bizim filialımızın Bakıda da açılmasını çox istərdim. Yalnız Azərbaycanda deyil, dünyanın digər ölkələrində də.

– Mənə elə gəlir ki, bədii gimnastika cəmiyyətin diqqətini Azərbaycan milli komandasında çıxış etməyə başladığım zaman çəkdi.

– Bu idmanda ilk olaraq Dinara Gimatova və Aliyə Qarayeva vardı; Dinara daha sonra mənim məşqçim oldu. Küləklər şəhəri ilə bağlı çox səmimi, unudulmaz xatirələrim var. Azərbaycan həqiqətən mənim üçün çox şey ifadə edir, axı mən düz beş il onun bayrağı altında çıxış etmişəm.

img_8666_1_copy

– Ax, mavi sahil! Fransanın mənzərəli cənub hissəsi, mehriban yerli əhali... Xəyalımdakı toy Saint-Agnesdə keçirildi. Fotosessiya zamanı sahil kənarında gəzərkən hər kəs alqışlayıb təbrik edirdi! Xəyalımda yüngül, zərif paltar var idi və məhz istədiyimi tapdım. Açığı yaxın rəfiqəmlə dizayner olmaq və toyun başlanmasına bir-iki saat qalmış düzəlişlər etmək məcburiyyətidə qaldıq!

– Belə bir əhəmiyyətli anda doğmalarının sənin yanında olması inanılmaz hissdir! Biz əvvəlcədən istədik ki, toy günü bizi yalnız ən yaxınlarımız əhatə etsin. Hazırlıq çətin deylidi - həyat yoldaşımın qohumları bizə kömək etmişdilər. Düşünürəm ki, hər şeyi özümüz etməli olsaydıq belə, pis təşkil etməzdik. Axı mən indi dəqiq bilirəm: əvvəl çətin görünən istənilən ideyanı həyata keçirmək o qədər də çətin deyil!

Mən heç vaxt...

... riyakarlıq etmərəm.

Bakı - ...

...ənənə və müasirlik, qonaqpərvərlik və zəngin mədəniyyətin gözəl ahəngidir.

Mən düşünmədən...

...toy günümü bir daha yaşayardım!

img_9006_copy

İdman nailiyyətləri

◊ 2008, Tokio, Yaponiya, AEON Cup.

Fərdi idman növləri, yeniyetmələr – bürünc, komanda idman növləri – bürünc.

◊ 2009, Mie, Yaponiya, Dünya Çempionatı. Komanda idman növləri – bürünc.

◊ 2010, Moskva, Rusiya, Dünya Çempionatı. Komanda idman növləri – bürünc

◊ 2012, Kazan, Rusiya, Bədii gimnastika üzrə Rusiya çempionatı. Qrup hərəkətləri.

Qrup idman növləri – bürünc. Finallar, ayrı idman növləri: qızıl (top); bürünc (halqa, lent).

◊ 2012, Vitoriya, Braziliya, Bədii gimnastika üzrə beynəlxalq turnir.

İdman növləri – qızıl. Finallar, ayrı idman növləri: qızıl (top); qızıl (halqa, lent).

◊ 2013, Kazan, Rusiya, Bədii gimnastika üzrə Rusiya çempionatı. Qrup hərəkətləri. Finallar, ayrı idman növləri: gümüş (toppuz).

 

MÜSAHİBƏ ARZU CAİD FOTO MAKSİM QAQARİN